/ / Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən yüksək diqqət və dəstək göstərilir
Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən yüksək diqqət və dəstək göstərilir
09.01.2020 [09:59]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənliklər təşkil edilir
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Faktlar və reallıqlar onu göstərir ki, ölkəmizdə vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Ölkə başçısı tərəfindən bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Qaçqın və məcburi köçkünlərə, torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə, aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan insanlara yüksək diqqət göstərilməsi bu kontekstdə xüsusi vurğulanmalıdır.
Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır
Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Dövlətimizin başçısının vurğuladığı kimi: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir”.
Ümumiyyətlə, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır. Bunu təsdiqləyən çoxsaylı nümunələr mövcuddur. Ölkəmizdə məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salınıb, yüz minlərlə köçkünə yeni evlər, yeni mənzillər təqdim edilib. Şəhid ailələrinə, müharibə veteranlarına güzəştlərin, müavinətlərin, mənzillər və minik avtomobillərinin verilməsi də xüsusi qeyd edilməlidir. Eyni zamanda, əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub və bu istiqamətdə davamlı addımlar atılır. 2006-cı il yanvarın 1-dən etibarən aztəminatlı ailələrə ünvanlı yardımlar verilməyə başlanıb, hazırda da bu proses davam etdirilir. Bu kontekstdə daha bir məqama toxunmaq məqsədəmüvafiq olar. Məlum olduğu kimi, ötən il fevralın 5-də və 6-da baş vermiş zəlzələlər Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törədib. Belə ki, baş verən zəlzələlər nəticəsində çox sayda fərdi ev qəzalı vəziyyətə düşüb, bir sıra sosial təyinatlı tikililərə və infrastruktur obyektlərinə ziyan dəyib. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən hər üç rayonda təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün intensiv şəkildə tikinti və təmir-bərpa işləri həyata keçirilib və proses davam edir. Ümumiyyətlə, Azərbaycanın dövlət başçısı təbii fəlakət zonasında görülən işləri ciddi nəzarətdə saxlayır. Prezident İlham Əliyevin regionlara son səfərləri respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi, üzləşdikləri çətinliklərin operativ qaydada aradan qaldırılması olduğunu bir daha nümayiş etdirir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial məsələlərin həlli ilə əlaqədar mühüm layihələr həyata keçirilir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Əlbəttə, əsas diqqətini sosial məsələlərin, xüsusilə də əhalinin həssas təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Bundan başqa, Mehriban xanım Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi də xüsusi qeyd edilməlidir. Əlbəttə, sadalananlar Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin heç də tam siyahısı deyil, amma bütün bunlar Mehriban xanım Əliyevanın cəmiyyətin həssas təbəqəsinin problemlərinin həllini diqqət mərkəzində saxladığını göstərməklə yanaşı, onun fəaliyyətinin humanizm və vətənpərvərlik prinsiplərinə söykəndiyini əks etdirir.
Bununla yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və regionlarda çoxsaylı uşaq bağçaları, körpələr evi, xüsusi təyinatlı uşaq müəssisələri əsaslı şəkildə və yüksək səviyyədə təmir olunub, bütün növ avadanlıqlarla təchiz edilib. Fond, eyni zamanda, bu vaxta qədər sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi və bu kimi digər mühüm işlərin altına imza atıb.
O da qeyd edilməlidir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva həyatının xoş günlərini, milli bayramlarımızı bir qayda olaraq valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqlarla keçirir. Bu, davamlı proses kimi təqdirəlayiq hal olaraq qiymətləndirilir. Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ötən il dekabrın 30-da “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün növbəti şənlik təşkil etməsi bunun bariz nümunəsidir. Ənənəvi olaraq keçirilən şənliyə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşıblar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.
Bununla yanaşı, ötən il dekabrın 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzində aparılan əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, mərkəzin yeni korpusunun açılışında iştirak ediblər. Mehriban xanım Əliyeva Uşaq Psixonevroloji Mərkəzində yaşayan və müalicə alan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb. Uşaq Psixonevroloji Mərkəzinin yeni inşa edilən korpusu ilə tanışlıqdan sonra Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə müalicə alan uşaqlarla birgə qarşıdan gələn 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarını qeyd ediblər. Eyni zamanda, həmin gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nərimanov rayonunda “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olublar. Birinci vitse-prezident Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını Heydər Əliyev Fondunun dəstəyilə fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində qeyd edib. Ümumiyyətlə, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə daim xüsusi diqqət yetirir ki, bu da həm cəmiyyətimizdə, həm də beynəlxalq səviyyədə olduqca yüksək qiymətləndirilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

