Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində müşavirə keçirilib
28.01.2020 [10:21]
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım, inzibati nəzarət sahəsində 2019-cu il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Ədliyyə nazirinin müavini Vilayət Zahirov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafını, dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, ədliyyə sahəsində də həyata keçirilən islahatların önəmini vurğulayıb.
Sonra Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov Mərkəzin 2019-cu il ərzindəki fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirilib ki, 2019-cu il yerli özünüidarəetmə orqanlarının formalaşmasının 20 illiyi, eləcə də bələdiyyə seçkilərinin uğurla keçirilməsi ilə yadda qalıb və hər iki hadisə ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılıb.
Ötən il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində davamlı tədbirlər görülüb. Daxil olmuş bələdiyyə aktlarına inzibati nəzarət həyata keçirilərək qanunvericiliyin tələblərinə zidd olan aktların ləğv edilməsi və ya dəyişdirilməsi üçün bələdiyyələrə təkliflər, eləcə də bələdiyyələr tərəfindən təmin edilməyən təkliflərlə bağlı məhkəmələrə iddialar verilib. Həmçinin qanunsuz olaraq verilmiş torpaq sahələri bələdiyyə mülkiyyətinə və ya sahibliyinə geri qaytarılıb.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsi və araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bir sıra bələdiyyələrin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib.
İnzibati nəzarət icraatı qaydasında aparılmış və cinayət əlamətləri aşkarlanan inzibati araşdırmalar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib.
Hesabat iclasında bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım sahəsində görülən işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, maarifləndirmə tədbirlərinin həyata keçirilməsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə səmərəli əməkdaşlıq edilib. Bələdiyyələrin istifadəsi üçün hazırlanan və GİZ-in maliyyə yardımı ilə “Bələdiyyələrdə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu” çap olunub.
Həmçinin yerli özünüidarəetmə sahəsində bələdiyyələrin milli assosiasiyaları, vətəndaş cəmiyyəti institutları, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla, eləcə də xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq davam etdirilib.
Tədbirdə görülmüş işlərlə yanaşı, yerli özünüidarəetmə sahəsində aktual məsələlər, habelə onları doğuran səbəblərə də toxunulub, bununla bağlı mərkəzin məsul işçiləri və əməkdaşları dinlənilib, mövcud problemlərin həlli istiqamətində bələdiyyələrə kömək edilməsi üçün qarşıda duran vəzifələr müəyyən edilib.
Müşavirəyə yekun vuran nazir müavini Azərbaycan Prezidentinin rəhbərliyi ilə sosial-iqtisadi sahədə uğurlu islahatların aparılması, sahibkarlığın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı üzrə davamlı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın dünyada ən islahatçı dövlətə çevrildiyini qeyd edib, bələdiyyələr tərəfindən də bu inkişafa töhfə verilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bu istiqamətdə bələdiyyələrin maarifləndirilməsi, onların fəaliyyətinin təşkilinə kömək, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb.
Eyni zamanda, müəyyən edilmiş vəzifələrin icrası, vətəndaşların müraciətlərinə xüsusi qayğı ilə yanaşılması, etik davranış qaydalarına dönmədən əməl edilməsi, korrupsiyanın yolverilməzliyi vurğulanıb, 2020-ci il “Könüllülər ili” çərçivəsində gənc könüllülərin ədliyyə fəaliyyətinə daha geniş təşviq olunması ilə bağlı tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

