2019-cu ilin uğurları, 2020-ci ilin ilk qələbəsi
01.02.2020 [09:57]
Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin kollektivi 2018-2019-cu dərs ilini bir çox uğurlarla yola salıb. Belə ki, liseyi bitirən 94 məzundan 93 nəfəri Azərbaycanın və dünyanın müxtəlif universitetlərinə daxil olmuşlar. Onlardan 4 nəfər qızıl, 5 nəfər gümüş medalla təltif olunmuşdur. Qəbul imtahanlarında 17 şagirdimiz 600-700 arası bal toplamışdır. Məzunlardan Elza Qurbanova 688 bal toplayaraq Ali Neft Məktəbinə daxil olmuş və Prezident təqaüdünə layiq görülmüşdür. Daha bir məzunumuz Yasin Quliyev ABŞ-ın 4 və Türkiyənin Sabançı Universitetini qazanmaqla hal-hazırda qardaş Türkiyənin bu universitetində süni intellekt ixtisası üzrə təhsilini davam etdirir.
Lisey şagirdləri 2018-19-cu dərs ilində Fənn olimpiadalarının yekun respublika turunda 30, beynəlxalq olimpiadalardan isə 18 medal qazanmışlar: o cümlədən 8 qızıl, 23 gümüş və 17 bürünc. 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında iki bürünc medal qazanılmışdır. 31-ci Beynəlxalq İnformatika Olimpiadasının əsas komandasının 4 iştirakçısından 3 nəfəri liseyimizin şagirdləri olmuşdur.
Liseyimizdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində beynəlxalq olimpiadalarda iştirak etmiş şagirdlərlə görüş keçirmiş və qalibləri diplom və hədiyyələrlə mükafatlandırmışdır.
Liseyin müəllimlərindən Zabul Əhmədov, Elşad Abdullayev və Orxan Məmmədov Təhsildə inkişaf və innovasiyalar üzrə III qrand müsabiqəsinin qalibləri olmuşlar. Təhsildə qazandığı uğurlara gorə fizika müəllimi Hacağa Əliyev “Əmkdar müəlim”, Elçin Məmmədov və Gülbiçə Əiyeva “Təhsil əlaçısı” döş nişanına layiq gorülmüşdür.
2019-cu ildə Türkiyənin İstanbul şəhərində Beynəlxalq STEM Təhsil Konfransı keçirilmişdir. Konfransda Fizika, riyaziyyat və informatika təmayüllü liseyin informatika müəllimi Fəridə Abbasova “STEM və onun konseptual çərçivəsi” mövzusunda məqalə ilə çıxış etmişdir.
Qeyd edək ki, həmin məqalə 20 dekabr 2019-cu il tarixində “Uluslararası STEM Öğretmenler Konferansı”nın “Tam Metin Bildiriler Kitabı”nda çap edilmişdir. Eyni zamanda, Fəridə Abbasova STEM PD layihəsinin Azərbaycandakı səfiri adına da layiq görülmüşdür.
8-15 yanvar 2020-ci il tarixində Qazaxıstanın Almatı şəhərində 16-cı Beynəlxalq Jautikov Olimpiadası keçirilmişdir. Ölkəmizi təmsil edən komandanın əsas heyəti Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdlərindən təşkil olunmuşdur. Olimpiadada 20-dən çox ölkədən ümumilikdə 588 nəfər şagird iştirak edirdi. Şagirdlərimiz bu bilik yarışında üç fənn üzrə uğurla iştirak edərək, aşağıdakı nəticələri əldə ediblər:
İnformatika fənni üzrə liseyin 11-ci sinif şagirdləri - Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş medal qazanmışdır.
Riyaziyyat fənni üzrə 11-ci sinif şagirdləri - Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov isə bürünc medal qazanmışdır.
Fizika fənni üzrə 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülmüşdür.
Bütövlükdə, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla 6 medal qazanmışlar.
Qeyd edək ki, liseyimizin 11-ci sinif şagirdi Abutalıb Namazovun qazandığı qızıl medal Azərbaycan tarixində informatika fənni üzrə ilk beynəlxalq statuslu qızıl medaldır.
Qazanılan bu medallar 2020-ci ilin başlanğıcı olmaqla ən uğurlu nəticələrdir. Şagirdlərimizi, onların valideynlərini və liseyin bütün kollektivini təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.
Yuxarıda qeyd edilən uğurların qazanılmasının əsasında təhsilin inkişafına ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən göstərilən qayğı və Təhsil Nazirliyinin son illərdə təhsil sahəsində apardığı mütərəqqi yeniliklər dayanır. Belə sahələrdən biri də istedadlı şagirdlərlə aparılan işlər və onlar üçün yaradılan səraitdir.
İndi isə 16-cı Beynəlxalq Jautkov Olimpiadasının qalibləri ilə daha ətraflı tanış olaq.
Abutalıb Namazov Fizika, riyaziyyat və informatika təmayüllü liseydə 7-ci sinifdən başlayaraq təhsil almağa başlamışdır. Onun ilk medalı informatikadan respublika turunda qazandığı bürünc medal olmuşdur. 8-ci sinifdə oxuyarkən Olimpiada qalibləri arasında fərqli göstərici olan, Olimpiadanın yekun turunda iki fəndən - informatikadan qızıl, riyaziyyatdan gümüş medal qazanmasıdır. Bir sözlə, liseydə təhsilə başlayandan bu günə qədər Abutalıb beynəlxalq və respublika olimpiadalarından ümumilikdə 14 medal qazanmışdır. Onlardan 4-ü qızıl, 5-i gümüş, 5-i isə bürünc medaldır. İnformatikadan Beynəlxalq Olimpiadadan ilk qızıl medalı respublikamıza gətirmək də ona qismət olmuşdur. 16-cı beynəlxalq Jautkov Olimpiadasındakı uğur 2020-ci ilin ilk qızıl medalıdır.
Murad Ağazadə VIII sinifdən etibarən Fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alır. O, məktəblilərarası fənn müsabiqəsində, VII və VIII siniflərdə I yerə, 2016, 2017 və 2018-ci illərdə isə Respublika Fənn olimpiadalarında qızıl medala layiq görülüb. Beynəlxalq olimpiadalarda isə 2017-ci ildən iştirak edir. 2017-ci ildə yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (Bolqarıstan), 2017-ci və 2018-ci illərdə 35-ci Balkan Olimpiadasında (Makedoniya və Serbiya) bürünc medala və Dünya Olimpiadasında (Braziliya və Rumıniya) həvəsləndirici sertifikata layiq görülüb.
Murad Meqapolislər Olimpiadasında necə qələbə çalması haqqında özü belə deyir: 2018-ci ildə Meqapolislər Olimpiadasında ikinci dəfə iştirak edirdim. İlk dəfə 2017-ci ildə bu olimpiadada bürünc medal almışdım. Yay aylarında 2016 və 2017-ci illərdə keçirilmiş Meqapolislər və buna oxşar bir neçə olimpiadanın sualları ilə məşğul oldum. Keçən il bu olimpiadada bürünc aldığımdan, bu il artıq hədəfim gümüş idi. İki günlük imtahandan sonra hədəfimə çatdım.
Murad olimpiadalardan ümumilikdə15 medal, 4 qızıl, 5 gümüş və 6 bürünc medal qazanmışdır. O, 16-cı Beynəlxalq Jautkov Olimpiadasından 2020-ci ilin ilk gümüş medalını qazandı.
Murad Eynizadə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinfində oxuyur. Murad dərslərini əla oxumaqla informatika üzrə respublika və beynəlxalq olimpiadalarda fəal iştirak etmişdir.
Murad Eynizadə 2018-ci ildə Rusiyada Tatarıstanın Kazan şəhərində aşağı yaşlı şagirdlər üzrə Avropa Junior İnformatika Olimpiadasında iştirak edərək bürünc medala layiq görülmüşdür. O, həmçinin dünyanın ən böyük şəhərləri arasında keçirilən Meqapolis olimpiadasında bürünc medal qazanmışdır. Murad 2018-ci ildə Yaponiyada və 2019-cu ildə Bakı şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında fəal iştirak etmişdir.
Murad Eynizadə Məktəblilərin Respublika üzrə keçirilən olimpiadalarında indiyədək 2 qızıl, 1 gümüş medal qazanmışdır. Bütövlükdə Murad respublika və beynəlxalq olimpiadalarda 7 medal qazanmışdır. Beynəlxalq Jautkov Olimpiadasında 2019 və 2020-ci ildə gümüş medala layiq görülmüşdür.
Abbas Məmmədov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi: Mən liseydə 8-ci sinifdən başlayaraq riyaziyyat olimpiadalarına hazırlaşmışam. Liseydə olimpiadalara hazırlaşmaqla yanaşı ABŞ-ın Stanford Universitetinin məzunu Cəfər Cəfərovun dərslərindən də faydalanmışam. Qeyd edək ki, Cəfər Cəfərov Beynəlxalq riyaziyyat olimpiadasının qalibi olmuşdur.
Abbas Məmmədov indiyədək olimpiadalardan ümumilikdə 6 medal olmaqla 1qızıl, 2 gümüş, 3 bürünc medal qazanmışdır. 2019-cu ildə o, riyaziyyatdan respublika turunda qızıl, beynəlxalq olimpiadadan bürünc medal qazanmışdır.
Abbas 37-ci Balkan riyaziyyat və 61-ci Sankt-Peterburqda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla iştirak etmişdir. Onun 2020- ci ildə 16-cı Beynəlxalq Jautkov Olimpiadasından 588 iştirakçı arasında qazandığı gümüş medal növbəti olimpiadalarda uğurla iştirak edəcəyindən xəbər verir.
Məhəmməd Yusifov Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinfində oxuyur. O, hələ 8-ci sinifdə Beynəlxalq Yeniyetmələrin Təbiət elmləri Olimpiadasında 2018-ci ildə ilk bürünc medalını qazanmışdır. Məhəmməd 8-ci sinifdə oxuyarkən məktəblilərin fənn olimpiadasının yekun turunda fizikadan bürünc medal, 9 və 10-cu siniflərdə isə qızıl medala layiq görülmüşdür.
16-cı Beynəlxalq Jautkov Olimpiadasında fizika üzrə bürünc medala layiq görülmüşdür. İndiyədək Məhəmməd olimpiadalardan 5 medal - 2 qızıl, 3 bürünc medal qazanmışdır.
Məhəmmədin ən böyük arzusu liseyi bitirənədək növbəti olimpiadalardan da medallar qazanmaqdır. Qarşıda Məktəlilərin Respublika turunun final mərhələsi və Beynəlxalq fizika olimpiadası durur. Bu çətin və ciddi yarışlarda Məhəmmədə uğurlar arzu edirik.
Toğrul Abbasov Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinfində oxuyur. Toğrul keçən dərs ilində Respublika olimpiadasının final turunda ilk dəfə iştirak etsə də, bu çətin yarışda gümüş medal qazana bildi.
20-25 iyun 2019-cu il tarixlərində Kipr Respublikasında yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadası keçirildi. Bu bilik yarışında Toğrul beynəlxalq olimpiadadan da ilk gümüş medal qazandı. Nəhayət o, 16-cı Beynəlxalq Jautkov Olimpiadasında 588 iştirakçı arasında bürünc medal qazana bilib. Bir sozlə o, iştirak etdiyi bütün olimpiadaları 2 gümüş, 1 bürünc medalla başa vurub.
Valid Məhərrəmov
Fizika, riyaziyyat və
informatika təmayüllü liseyin
informatika müəllimi
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

