“Dərbənd: Tarixi oçerklər” kitabı çapdan çıxıb
14.02.2020 [09:16]
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyevin “Dərbənd: Tarixi oçerklər” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, 600 səhifəlik kitabda Dərbənd şəhərinin tarixi, arxeologiyası, memarlıq abidələri haqqında ətraflı məlumat verilib. Həmçinin bu ərazidə baş vermiş hərbi-siyasi hadisələr, Şimali Azərbaycanın müdafiə sistemində Dərbəndin strateji əhəmiyyəti və onun müdafiə qurğularının inşa edilməsi prosesi ətraflı tədqiq olunub. Dərbənddə hərbi istehkamların və müxtəlif təyinatlı müdafiə qurğularının inşası barədə məlumatlar geniş mənbələr əsasında kitabda ətraflı təhlil olunur, əlavələrdə onların qısa tarixi arayışı verilir.
Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, baş redaktoru Azərbaycan Respublikasının Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, filologiya elmləri doktoru Sədi Nuriyev, redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.
Üç fəsildən ibarət nəşrin “Dərbənd şəhərinin qısa tarixi oçerki” adlı birinci fəslində bu qədim şəhərin iki min illik tarixi, Azərbaycanın şimal sərhədlərinin müdafiəsində strateji əhəmiyyəti, Dərbənddə baş verən hərbi-siyasi hadisələr müxtəlif mənbələr əsasında ətraflı təhlil edilərək oxuculara çatdırılıb.
“Dərbənd və Azərbaycan arxeologiyası” adlı ikinci fəsildə mühüm ticarət yollarının üzərində yerləşən qədim şəhərin tikililəri, Dərbəndin ictimai, iqtisadi və mədəni həyatı, sənətkarlıq məhəllələri, müxtəlif dövrlərdə burada aparılan abadlıq işləri, məscidlər, mədrəsələr, qəbiristanlıqlar və s. barədə ətraflı söhbət açılıb.
Nəşrin “Dərbəndin müdafiə-istehkam qurğuları” adlanan üçüncü fəslində isə qədim Albaniya dövlətinin müdafiə sistemində Dərbəndin hərbi-strateji əhəmiyyəti (e.ə. III əsr, b.e. IV əsr), tarixin müxtəlif dövrlərində şəhər istehkamları, qalaları və qapıları barədə məlumatlar toplanıb.
Əlavələr bölməsində Dərbənd şəhərinin müdafiə-istehkam qurğularının tarixi barədə məlumatlar xronoloji ardıcıllıqla oxucuların diqqətinə təqdim olunub. Bu bölmədə, həmçinin arxeoloji xəritələri, tarixi abidələri və şəhər ərazisində tapıntıları əks etdirən fotoşəkillər də böyük maraq doğurur.
Kitab geniş oxucu auditoriyası, o cümlədən ali və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbələri və kursantları üçün sanballı elmi mənbədir. Bundan başqa, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın tarixini dərindən bilmələri baxımından da bu nəşr qiymətli mənbədir.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

