Karantin rejiminin sərtləşdirilməsi insanların sağlamlığının qorunmasına xidmət edir
24.06.2020 [08:44]
Ekspertlərin fikrincə, bütün dünyada, o cümlədən ölkəmizdə COVID-19-a yoluxma hallarının artmasının müşahidə olunduğu bir vaxtda insanların müəyyən olunmuş qaydalara ciddi əməl etmələri pandemiya ilə mübarizədə həlledici amildir
Son günlər dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatlarında əksini tapan məlumatlar dünya üzrə yoluxma sayının artan templə davam etdiyini göstərir. Bu səbəbdən ayrı-ayrı ölkələrdə xüsusi tədbirlər həyata keçirilir, hətta yeni məhdudiyyətlər, qadağalar tətbiq olunur. Məsələn, artıq Çinin bir sıra mərkəzi əyalətlərində yenidən pandemiyaya yoluxma sayının artması səbəbilə fövqəladə vəziyyət rejimi tətbiq olunur. Eləcə də Avropada karantin rejimi yenidən bərpa olunub. Azərbaycanda isə iyunun 21-dən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində, o cümlədən, Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi yenidən sərtləşdirilib. Qərara əsasən, adıçəkilən regionlarda xüsusi sərtləşdirilmiş karantin rejiminə uyğun olaraq bir sıra məhdudiyyətlər tətbiq edilir. Belə ki, qərarda qeyd edilən regionlarda evdən çıxmaq üçün SMS icazələrin alınması yenidən qüvvəyə minib, o cümlədən iaşə obyektləri, ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Təbii ki, qeyd edilən bu qadağalar zərurətdən irəli gəlir və insanların sağlamlıqlarının qorunmasına xidmət edir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlıqlarının qorunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. M.İbrahimqızı bildirib ki, görülən işlər Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir: “COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər. Ona görə də vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. Bu gün dünyanın əksər dövlətlərində daha sərt karantin rejimi hökm sürür, hətta komendant saatı, fövqəladə vəziyyət tətbiq olunur. Təbii ki, hər kəs ictimai məkanlarda və digər yerlərdə karantin qaydalarına əməl etsələr, bu bəladan qısa zamanda xilas ola bilərik. Eləcə də gigiyenik qaydalara əməl edilməli, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlanmalıdır. Bu, özümüzün, yaxınlarımızın, bütövlükdə cəmiyyətimizin qorunması üçündür. Hər birimiz bu qaydalara əməl etməklə virusa tam qalib gəlməliyik”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev isə qeyd edib ki, tətbiq olunan sərtləşdirilmiş karantin rejimi yoluxma hallarının azalmasına kömək olacaq: “İki həftəlik sərtləşdirmə tədbirləri zamanı vətəndaşların vəziyyəti düzgün qiymətləndirməsi nəticəsində xəstələnmə hallarının azalması gözlənilir.Vətəndaşlara qaydalara ciddi yanaşmağı tövsiyə edirəm. Onlar tibbi maskadan istifadə etsinlər, həmçinin sosial məsafəni qorusunlar. Sərtləşdirmə tədbirləri təmas və yoluxma hallarının azaldılması üçündür. Hamımız əl-ələ verib çalışmalıyıq ki, belə mürəkkəb şəraitdə işləyən həkimlərin əziyyəti hədər getməsin. Ona görə də xəstəliklə birgə mübarizə aparaq. Maska taxmayanlar özlərindən çox ətrafdakılar üçün təhlükə mənbəyi rolunu oynayır. Eləcə də sosial təcridin yoluxanların sayının azaldılmasında böyük əhəmiyyəti var”.
Baş infeksionist əlavə edib ki, dövlət tərəfindən xəstəliyə qarşı mübarizə tədbirləri işlənib hazırlanır, həyata keçirilir və buna külli miqdarda vəsait xərclənir: “Gəlin birlikdə görülən tədbirlərin səmərə verməsinə nail olaq. Həm məsuliyyətli olaq, həm də ətrafımızda olanları məsələyə məsuliyyət hissi ilə yanaşmağa dəvət edək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

