Qocaman jurnalist Teymur Əhmədovun 90 illik yubileyi münasibətilə onlayn tədbir keçirilib
21.07.2020 [09:17]
İyulun 20-də Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin “XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun jurnalistlik fəaliyyətinə bir nəzər” kitabının onlayn təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun 90 illik yubileyinə həsr olunmuş tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin Elm və təhsil xəbərləri redaksiyasının müdiri Gözəl Ağayeva, “Respublika” qəzetinin baş redaktor müavini Hümbət Musayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, yazıçı-publisist Şəfəq Nasir çıxış ediblər.
Təqdimat mərasimində milli mətbuatımızın 145 illik yubileyi öncəsi, ömrünü-gününü jurnalist peşəsinə həsr etmiş qocaman qələm sahibi haqqında belə bir nəşrin ərsəyə gəlməsi əlamətdar hal kimi dəyərləndirilib. Vurğulanıb ki, T.Əhmədov nəinki ölkənin media cameəsinin, həmçinin elmi ictimaiyyətin sevimlisidir. Bu yüksək statusu isə həm peşəkar jurnalistliyi, həm də tədqiqatçılığı ilə qazanıb. T.Əhmədov dözümlülüyü, qətiyyəti və prinsipiallığı ilə istər sovet dövrü, istərsə də müstəqillik dövrü ictimai fikir tariximizə müstəsna töhfələr verib.
Azərbaycan mətbuatı tarixindən məlumdur ki, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları xalqın milli mənlik şüurunun oyanmasında böyük xidmət göstəriblər. Nəticə etibarilə proseslər milli dövlətçiliyin yaranmasına, 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin timsalında itirilmiş dövlətçilik ənənələrinin bərpasına doğru apardı. Mətbuatımız eyni missiyanı XX əsrin sonlarında təkrarladı və o dövrdə öndə gedən ziyalılarımız oldu ki, onlardan biri də Teymur Əhmədov idi. Əli bəy Hüseynzadənin “Füyuzat”ı, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i hansı rolu oynamışdısa, Teymur Əhmədovun nəşrinə rəvac verdiyi “Ata yurdu”, “Vətən səsi”, “Elturan”, “Vətən həsrəti” və digər nəşrlər də eyni missiyanı daşıdılar. Onlar xalqı müstəqil dövlət qurmağa inandırdılar, müstəqillik ruhuna köklədilər.
Vurğulanıb ki, 145 illik yubileyi keçirilən milli mətbuatımızın görkəmli xadimlərinin, eləcə də sovet dövrü mətbuatı xadimlərinin irsinin tədqiqində misilsiz xidmətləri olan T.Əhmədov müasir milli mətbuatımızın canlı klassikidir. Yubilyarın gənc jurnalist nəslinin formalaşmasındakı roluna toxunan çıxışçılar onun bundan sonra da əzmlə çalışacağına əminliklərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

