Görülən işlər, çəkilən zəhmətlər hədər getməyəcək
16.09.2020 [09:24]
“Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər...”. Bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur. Bu fikirləri dövlət başçımız yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə Azərbaycan xalqına müraciətində dilə gətirib, səsləndirib. Tarixi sözlər, ibrətamiz kəlmələr, həm də gələcəyə, gələcəyimizə, inkişafa, inkişafımıza, tərəqqiyə, tərəqqimizə hədəflənmiş, hesablanmış fikirlər, çağırışlardır. “Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür...” - xitabı ilə müraciətinə başlayan ölkə Prezidenti sonra ötən 6-7 aylıq çətin, məsuliyyətli bir dövrdə, sınaq dövrü adlandıra biləcəyimiz bu müddətdə görülən işlərə, atılan addımlara toxunur və bundan sonra görüləcək işlər haqqında danışaraq qeyd edir ki, bu il ümumlikdə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilib. Həmçinin, bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Eyni zamanda, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür, ümumilikdə Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunur, olunmaqdadır. Bununla yanaşı, bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcək. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bütövlükdə son 17 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, ölkə Prezidentinin də dediyi kimi, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm alıb, yenidən inşa edilib və sairə. Bunlar əlbəttə ki, böyük, tarixi işlər, addımlardır. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin heç birinin belə qısa bir müddətdə nail ola bilmədiyi, bilməyəcəyi bir göstəricidir... İlham Əliyev siyasətinin, Onun ən yaxın və ən sadiq silahdaşı-birinci xanım Mehriban Əliyevanın ölkə Prezidenti ilə gecə-gündüz Azərbaycan naminə birgə fədakarlığının bəhrəsidir! Lüğətimizdəki ən gözəl və ürəkdən gələn bütün sözləri HAQQ edəcək fəaliyyətlər, zəhmətlərdir bunlar...
Prezident İlham Əliyev müraciətində daha sonra deyir: “...Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda, Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcəkdir”. Qeyd etdiyimiz kimi, hər bir kəsin, qəlbi Azərbaycan eşqi ilə döyünən, vuran hər bir azərbaycanlının, vətən daşı olmağa çalışan milyonların ürəyindən olan sözlər, çağırışlardır... Dövlət başçısının bütün çıxışlarında, xüsusilə, təhsil sferası ilə bağlı təbdirlərdəki nitqlərində qırmızı xətlərlə keçən fikirlər, müdrik kəlamlardır. Bir müddət öncə, ötən il-BDU-nun 100 illiyində dilə gətirilmiş möhtəşəm tarixi fikirlərin, çağırışların daha da gücləndirilmiş, zənginləşdirilmiş əksi, inikasıdır. Bəli, gözəl, bütün standartlara cavab verən modern məktəb, təhsil binaları, ocaqları ola bilər, lazımlıdır, olduqca vacibdir, ancaq onlardan vacib olanı məzmun, mahiyyət, yetişdirilən, böyüdülən nəsil, gələcək, sabahdır... Burada forma ilə məzmun, zahiri görünüşlə daxili aləm-mahiyyət uzlaşmalı, bir-birini tamamlamalıdır, biri digərindən geri qalmamalıdır. Çünki bizi inkişafa, tərəqqiyə, parlaq sabahlara və işıqlı gələcəyə aparmağa, görülmüş misilsiz tarixi işləri qorumağa və yaşatmağa ancaq və ancaq savadlı, bilikli, geniş, müsair dünyagörüşlü, ən əsası kökünə, dəyərlərinə, əxlaqi keyfiyyətlərinə, mənəviyyatına bağlı gələcək nəsil, böyüməkdə, yetişməkdə olan gənclik qadir və nail bilər. Əks halda... Bunun əksini düşünmək belə istəməzdim, istəməzdik və inşallah, əksi də olmayacaq. Görülən işlər, çəkilən zəhmətlər hədər getməyəcək, estafet daha etibarlı əllərə veriləcək və sükan daha etibarlı əllərdə olacaq. 15 sentyabr Azərbaycanda yeni tədris ilinin ilk günüdür, artıq neçə illərdir təqvimdə 1 sentyabrın yerini 15 sentyabr tutub və bu gedişlə yerini də heç nəyə və kimsəyə verəsi deyil... Burada həm də tarixi, mənəvi, rəmzi bir məna, bağlılıq var. Çünki bu gün həm də iki tarixi, cahanşümul hadisənin yaşandığı gündür...102 il öncə Bakımızın işğaldan azad edildiyi, işğaldan qurtuluğu, həm də böyük ədiblərimizin, mütəfəkkirlərimiz, fikir, qələm nəhənglərimizin... araya-ərsəyə gətirdikləri istiqlalçı “Azərbaycan” qəzetinin yaranış, doğuş günü, tarixidir. Hər biri bir sevinc, hər biri bir zəfər, hər biri bir ümid, inam, bir qələbə...Bu tarixi günlərin hər biri-bütövlükdə, birlikdə mübarək olsun! Bayramların, uğurların mübarək Azərbaycanım!
Jalə ƏLİYEVA,
Millət vəkili
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

