/ / Dağ yəhudiləri Azərbaycan Prezidenti İlham Əliyevdən Şuşada küçələrdən birinə Albert Aqarunovun adının verilməsini xahiş edirlər
Dağ yəhudiləri Azərbaycan Prezidenti İlham Əliyevdən Şuşada küçələrdən birinə Albert Aqarunovun adının verilməsini xahiş edirlər
19.11.2020 [08:58]
Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEGİ) prezidenti, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev özünün “Facebook” səhifəsində erməni işğalından azad olunmuş Şuşada tankçı, Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, German Zaxaryayevin sözlərinə görə, qəhrəmanların şərəfinə küçələrin adlandırılması yüzilliklər bundan əvvəl yaranan ənənədir. O yazır: “Bu ənənə sayəsində xalqın qəhrəman oğul və qızlarının adları həmişə dillər də olub, onların xatirəsi yaşayır, gənc nəslin nümayəndələri də onların adını çəkir.
Bu gün biz bütün Azərbaycan xalqı ilə birgə onun qələbəsinə, əzəli torpaqlarının geri qaytarılmasına sevinirik. Lakin bununla belə, 30 ilə yaxın davam edən münaqişənin bütün tarixini unutmamalıyıq”.
German Zaxaryayev qeyd edir ki, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın bütün sakinləri, o cümlədən yəhudilər Vətənin müdafiəsinə qalxdılar. STMEGİ fondunun rəhbəri yazır: “Tankçı Albert Aqarunov Qarabağ xanlığının incisi, yalnız indi qanuni sahiblərinə qayıdan Şuşa yaxınlığında gedən döyüşlərdə həlak olub. Fikrimcə, bu şəhərin küçələrindən birinə Albert Aqarunovun adı verilsəydi, bu, ədalətli addım olar, xalq öz qəhrəmanını daim xatırlayar”.
Zaxaryayev yazır: “Mən belə bir təşəbbüslə Azərbaycanın rəhbərliyinə müraciət etmək niyyətindəyəm. Ümidvaram ki, bu təşəbbüs dəstəklənəcək”.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi igidliyə və şücaətə, dinc sakinlərin təhlükəsizliyinin təminatına görə Albert Aqarunova 1992-ci il iyunun 7-də Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
O vaxt Albert Aqarunovun Milli Qəhrəman medalını Azərbaycan Prezidenti Heydər Əliyev Albertin bacısı Sofya Məmmədovaya təqdim edib.
Albert Aqarunovun məzunu olduğu Bakı şəhəri 154 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin binasının qarşısında qəhrəmanın büstü qoyulub. Məktəbdə açılan A.Aqarunov mini-memorialı önünə daim tər çiçəklər düzülür, büstü qarşısında məktəb tədbirləri keçirilir.
Quba rayonunda yerləşən Qırmızı qəsəbədə Albert Aqarunovun şərəfinə adlandırılan küçədəki binalardan birinin divarına Milli Qəhrəmanın xatirə lövhəsi vurulub. 2017-ci ildə Bakının Əmircan qəsəbəsində A.Aqarunovun vaxtilə yaşadığı evin divarına xatirə lövhəsi vurulub.
2019-cu il noyabrın 15-də Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin təntənəli açılış mərasimi olub.
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35

