/ / Medianın İnkişafı Agentliyinin yaradılması milli mətbuatımızın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir
Medianın İnkişafı Agentliyinin yaradılması milli mətbuatımızın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir
20.01.2021 [10:01]
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədi daşıyır. Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması və səlahiyyətlərinin daha da genişləndirilməsi bu sahədəki mövcud problemlərin həllində əsaslı rol oynayacaq.
Məsələ ilə bağlı fikirlərini bölüşən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, “Medianın İnkişafı Agentliyi”nin yaradılması yalnız ölkə mediasının deyil, bütövlükdə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında yeni mərhələnin başlanğıcıdır. Onun sözlərinə görə, bu gün dünyada cərəyan edən bütün proseslərin təməlində informasiya və onun təhlükəsizliyi dayanır. Baş redaktor vurğulayıb ki, Agentliyin yaradılması ilə bağlı Prezident Fərmanında “Media haqqında” qanun layihəsinin iki ay müddətində hazırlanaraq dövlət başçısına təqdim edilməsi ilə bağlı müddəanın da yer alması müstəsna əhəmiyyətə malikdir: “Bu mənada, Azərbaycanda “Medianın İnkişafı Agentliyi”nin yaranması milli mətbuatımızın klassik ənənələrinin yeni, daha modern, daha çevik, manipulyasiyalara imkan verməyən hüquqi platformaya daşınması deməkdir. Bu addım ənənəvi, yeni və sosial mediada mövcud olan problemlərin aradan qaldırılması, azad və ədalətli rəqabət mühitinin formalaşdırılması, formaca deyil, mahiyyət, məzmun etibarilə vətəndaş mövqeyinin, milli və dövlət maraqlarının peşə prinsipinə, peşəkarlığın, istedadın əsas dəyərləndirmə amilinə çevrilməsinə şərait yaradacaq”.
Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu isə bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanı mediamızın bu günü və gələcəyi baxımından olduqca önəmlidir. Onun sözlərinə görə, “Medianın İnkişafı Agentliyi” öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynayacaq, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına çox böyük dəstək verəcək: “Ümumiyyətlə, bu dəstək mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən peşəkar medianın formalaşmasına gətirib çıxaracaq, bir sözlə mediamızın nüfuzunu daha da artıracaq. Fərmanda da qeyd edildiyi kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir. “Medianın İnkişafı Agentli”yinin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir”.
V.Zifəroğlunun sözlərinə görə, yeni medianın hüquqi tənzimlənməsi mexanizmlərinin hazırlanması baxımından da Agentliyin üzərinə vəzifələr qoyulmaqdadır. O qeyd edib ki, Agentlik, eyni zamanda, onlayn mediada mövcud nizamsızlığı və mətbuat azadlığından sui-istifadə hallarının da aradan qaldırılmasında önəmli rol oyanacaq: “Çox müsbət haldır ki, agentliyin nizamnaməsində media sahəsində mütəxəssislərin hazırlanması istiqamətində əlavə təhsilin təşkili məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17

