Prezidentin “Dəmir yumruğu” tarixi ədaləti bərpa etdi
07.08.2021 [13:19]
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının inzibati binasında Vətən müharibəsi günlərində döyüş meydanında fərqlənən yevlaxlı qazi və müharibə veteranlarına döyüş medallarının təqdim edilməsinə həsr edilmiş mərasim keçirilib. Bu barədə “Yeni Azərbaycan”a Yevlax Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin rəisi Samir Qurbanovun iştirak etdiyi və açıq dialoq şəklində təşkil edilən mərasimdə müharibə iştirakçıları və qazilərlə səmimi söhbət aparılıb, onların sual, müraciət və təklifləri dinlənilib və aidiyyati üzrə qeydə alınıb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tədbirdə çıxış edərək bildirib ki, Vətən savaşı Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu göstərdi: “Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti öz bəhrəsini verib. Müzəffər Ali Baş Komandanımızın “Dəmir yumruğu” bütün Qafqaza sülh, ədalət, inkişaf gətirdi. Dövlətimizin başçısı tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqları düşmən tapdağından azad edildi”.
Çıxışında qazi və döyüşçülərə xitab edən Anar Tağıyev “Sizlər öz cəsarətinizlə Yevlaxın şərəf salnaməsini yaratmısınız” deyib.
Sonra Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin rəisi Samir Qurbanov çıxış edərək düşmənə qarşı vuruşan döyüşçülərin qalibiyyət əzminin onların yenilməzliyinin təməlində dayanan başlıca cəhət olduğunu bildiriblər. Vurğulanıb ki, bizi Qələbə zirvəsinə ucaldan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qeyrətli və vətənpərvər oğullarımız 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

