Boşluq, ya bozluq?
18.01.2022 [10:50]
Yaxud içimizdəki “qara dəlik”
M.BAYRAMLI
“Ağacı qurd yeyər, insanı dərd” deyiblər. Əbəs yerə deməyiblər ki, sevinc paylaşdıqca çoxalar, dərd azalar. İnsan dərd əlindən qaçmaq üçün Füzulisayağı özünü qəmə batırır, tənhalığa can atır. Psixoloqların sözlərinə görə, buna səbəb emosional boşluqdur. Emosional boşluq, bir növ, içimizdəki “qara dəlik” kimidir. Bizi öz boşluğuna çəkib aparır.
Bir gündə dörd mövsüm...
Emosional boşluq insanın özündən narazı olması, həyatdan həzz ala bilməməsi halıdır. Belə insanlar üçün gündəlik həyatın dinamikasına yetişmək, sosial münasibətləri saxlamaq çətin olur. Beyin, sanki, emosiyalarını silmiş kimi hərəkət edir. Gördükləri işdən, yedikləri yeməkdən, hətta tətildən belə zövq almırlar. Onlar özlərini yaşadıqları dünyanın bir parçası kimi görə bilmirlər. Ətrafda baş verənləri hiss etməkdə və illərlə yığılan bu boşluq hissini sözlə ifadə etməkdə çətinlik çəkirlər. Bir gündə dörd mövsümü yaşayırlar. Buna görə də onlar xoşbəxtliyi xarici amillərdə - alkoqol və siqaret kimi zərərli vərdişlərdə axtarırlar. Həmçinin emosional boşluğa düşmüş bəzi insanlar xilas yolunu yeməkdə və alış-verişdə görürlər.
Səbəb və çıxış yolu nədir?
Müsbət və ya mənfi vəziyyət insanda emosional boşluq hissi yaradır. Bu, sevgilidən ayrılmaq, iş dəyişikliyi, başqa evə köçmək, yaşadığınız şəhəri dəyişdirmək, sevilən bir insanı itirmək ola bilər. İnsan beyni bu duyğuları intensiv şəkildə yaşadıqda özünü boşluğa buraxır. Mütəxəssislər deyirlər ki, bununla mübarizə aparmaq üçün meditasiya, yoqa və yaxud idmanla məşğul olmaq faydalıdır. Bütün bunları etdiyiniz halda yenə də emosional boşluqdan xilas ola bilmirsinizsə, psixoloji dəstək almalısınız.
Psixoloq İlhamə Vəliqızı deyir ki, boşluq hissi uzun müddət davam edərsə, mütəxəssis dəstəyi olmazsa, insan depressiyaya düşə bilər. Bu sindroma əvvəl 40-45 yaşdan sonra rast gəlinirdisə, indi bu, 21-ə qədər enib. “Tibbi tərəfdən baxsaq, bizim daxilimizdə yığılıb qalan mənfi enerjilərin akkumilyasiyasının nəticəsində baş verir. Bilirik ki, psixikamız neyronların bir-birinə zəncirvari bağlanması ilə idarə olunur. Hər hansı bir neyron ona dözməyəndə bizdə emosional tükənmə, yanma, eləcə də boşluq yaranır. Yaranmış mənfi emosiyalar bədənimizdə yığıldığı üçün beynimizin neyron sistemini pozur. Bu emosiya da beyindən, bədəndən, ruhdan necəsə çıxmalıdır. Ona görə də bizim sanki mərkəzi sinir sistemimizi söndürür”, - deyən psixoloq əlavə edib ki, bu, fədakar, yardımsevər, hər kəsin köməyinə çatan, özünü ikinci və üçüncü plana atan insanlarda büruzə verir. Çünki heç vaxt özlərinə qarşı eyni diqqəti və qayğını görmürlər: “Belə insanların istər fiziki, istərsə də emosional baxımdan heç nəyə marağı qalmır. Əvvəlki öyrənmiş həyat tərzindən çox fərqli ovqata düşürlər. Əvvəl çox şən, dinamik, gözəl geyinən, təmizliyinə fikir verən bəzi insanlar sonradan evə qapanmış, hərəkətsiz, günlərlə duş almayan, saçını belə daramayan birinə çevrilirlər. Ağız dadları dəyişir, heç vaxt yemədiyi qidaları yeməyə başlayırlar. Özü də daxil olmaqla, hər şey öz dəyərini itirər”.
Psixoloq bildirib ki, bu kimi insanlara mütləq şəkildə ətrafında olan yaxınlarından, doğmalarından kimsə kömək etməlidir. Çünki bu insanlar heç vaxt mütəxəssisə müraciət etmirlər. Onlar özlərində olan psixoloji pozuntunun fərqində olmurlar.
İ.Vəliqızı onu da bildirib ki, qadınlar daha həssas olduqları üçün kişilərdən daha tez emosional boşluğa düşürlər. Kişilər isə bu hissi büruzə verməməyə çalışırlar. Nəticədə içkiyə və tütünə qurşanırlar. Ünsiyyət olmayan ailənin uşaqlarında da bu kimi sindromlar qaçınılmaz olur.
Bir insanı öz bozluğu narahat etmirsə...
“Monoton həyat daha çox stabillik sevən insanlarda özünü göstərir. Biz boz həyat yaşayan bir insana maraqsız həyat tərzinin olduğunu desək, o, bunun fərqinə varmayacaq. “Yox mən stabil yaşayıram. Mənim həyatımda hər şey qaydasındadır” deyəcək. Çünki stabillik, bir xətt üzrə getmək və konfort zonanı tərk etməmək kimi həyat tərzi insana uşaqlıqdan öyrədilir. Uşaqlıqdan öyrədilmiş sistemdən çıxmaq onları qorxudur. Ona görə də insanlar öyrəşdiyi həyat tərzini sevməsə də, dəyişməyi bacarmırlar. Çünki yeni bir sahədə onları nəyin gözlədiyini və problemin öhdəsindən necə gələcəklərini bilmirlər. Bu, risk etməyi sevməyən insanların həyat tərzidir. Bir insanı öz bozluğu narahat etmirsə, onları sərbəst - rahat buraxmaq lazımdır. Bir insan yalnız özü fərqində olarsa, həyatında nəyisə dəyişər”, - deyə psixoloq vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50

