Tanınmayan diplomlar...
05.07.2023 [11:31]
Son illər xaricdə təhsilə maraq artmaqdadır. Ancaq tələbə və valideynlərin bu marağı bəzən xoş olmayan “sürpriz”lərə səbəb olur. Onlar xaricdə universiteti bitirdikdən sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşirlər. Demək olar ki, hər il xaricdə təhsil alan yüzlərlə məzunun diplomu ölkəmizdə tanınmır. Ali təhsil haqqında sənədi tanınmayanlar arasında Rusiya, Ukrayna, Türkiyə, Belarus və Gürcüstan universitetlərində təhsil alanlar üstünlük təşkil edirlər.
Azərbaycanda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Əvvəllər diplomun təsdiqi üçün aylarla vaxt gedirdi. İndi isə müraciət edəndə qısa müddət sonra sorğu cavablandırılır.
115 nəfərin diplomu tanınmayıb
TKTA-dan verilən xəbərə görə, xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı iyun ayı üzrə 462 müraciətçinin 347-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 115 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Agentlikdən bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 112, dövlət nümunəli olmayan diplom səbəbilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Kortəbii seçim...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, çox vaxt xaricdə təhsil almaq istəyən tələbələr və onların valideynləri yetərli araşdırma aparmırlar. Xaricdə təhsillə bağlı problemlərin hər zaman aktual olduğunu söyləyən ekspert tələbələrin kortəbii formada seçim etdiklərini vurğulayıb.
E.Əfəndinin sözlərinə görə, diplomu tanınmayan şəxslər əsasən qeyri-leqal yolla universitetə qəbul olunanlardır: “Bura attestatla qəbul olma daxildir və yaxud da bildiyimiz ənənəvi və qanuni olmayan üsul: Kiminsə tanışı Özbəkistanda universitetdə çalışır və təhsil almaq istəyən şəxsə müəyyən vədlər verir. Bütün bunlar qeyri qanunidir və həmin şəxslərin diplomu ölkəmizdə tanınmır. Çünki TKTA müvafiq olaraq hansı diplomların Azərbaycanda tanınması ilə bağlı məlumatlar verir. İlk növbədə xaricdə təhsil almaq istəyən şəxslərin xarici, yəni tədris alacağı dil biliyi yoxlanılır. Eyni zamanda, onun ölkədən iddia etdiyi dövr ərzində çıxıb-çıxmadığı araşdırılır. Ümumiyyətlə, xaricdə qiyabi təhsil ölkəmizdə tanınmır. Əyani təhsildə isə vətəndaşın iddia etdiyi dövr öz əksini tapmalıdır ki, o, həqiqətən də həmin dövrdə xaricdə təhsil alıb ya yox. Bütün bunlar yoxlanılarkən hər hansı uyğunsuzluq aşkarlandıqda diplomların tanınması ləğv edilir. Ona görə də yaxşı olar ki, vətəndaşlar bu barədə mütləq araşdırma aparsınlar, müvafiq olaraq ölkəmizdə daha çox hansı ixtisaslara tələbat olduğuna üstünlük versinlər”.
Diplomu tanınmayan universitetlər
E.Əfəndi qeyd edib ki, ölkəmizdə diplomu tanınmayan universitetlərin sayı çoxdur, burada konkret olaraq hər hansı bir rəqəm söyləmək mümkün deyil: “Xüsusilə, bəzi türkdilli və şərq ölkələrinin diplomlarının Azərbaycanda tanınması problemdir: “Məsələn, İranın Qum şəhərində yerləşən dini mərkəzləri, Dağıstan Dövlət Universiteti, Cənubi Rusiya Humanitar İnstitutu, Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu, Rusiya Dövlət Sosial Universitetinin diplomları Azərbaycanda tanınmır. Bundan başqa, Moskva Dövlət Açıq Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, Müasir Humanitar Akademiyası, “YUJDAQ” İnstitutu, Dnepropetrovsk Milli Universiteti, Anadolu Universitetinin diplomunu da qeyd etmək olar”.
Düzgün ixtisas seçimi...
Ekspert bildirib ki, Azərbaycanda diplomların əksəriyyəti tanınsa da vətəndaşların düzgün ixtisas seçimi vacibdir: “Çünki ola bilsin hansısa ölkənin diplomu Azərbaycanda tanınsa da həmin ixtisas prioritet deyil. Diplom tanınmamasıTürkiyə həmçinin bəzi Avropa ölkələrinin də univesitetlərinə şamil olunur. Kimsə Avropada təhsil aldığını iddia edir amma yoxlama zamanı bəlli olur ki, həmin şəxsin tədris aldığı dillə bağlı hansısa bilgisi yoxdur, yaxud iddia etdiyi dövr ərzində həmin ölkəyə giriş-çıxış vətəndaş pasportunda əks olunmayıb. Bu kimi hallar diplomların tanınmamasına səbəb olur, ona görə də tələbələr çalışıb ilk növbədə qanuni yolla xaricə qəbul olmalı, beynəlxalq dil sertifikatı əldə etməlidirlər. Əks halda hər il yüzlərlə şəxsin diplomların tanınmasına dair sorğular göndərdiyinə şahid oluruq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

