İranda seçkilərin ikinci turu...
06.07.2024 [10:30]
İran İslam Respublikasında prezident seçkilərinin ikinci turu keçirilib. Xatırladaq ki, iyunun 28-də baş tutmuş birinci turda birinci turda “islahatçı namizəd” Məsud Pezeşkian qələbə qazansa da, lazım olan səs faizi baryerini aşa bilməmişdi. Seçkinin nəticələrinə görə, 24 milyon 535 min 185 səs hesablandıqdan sonra Pezeşkian 10 milyon 415 min 991 səs, Cəlili 9 milyon 473 min 298 səs toplamışdı. Seçkilərin nəticəsini birinci turda həll etmək üçün isə namizəd 50 faizdən çox səs toplamalı idi - heç bir namizəd bu baryeri aşa bilmədiyi üçün seçki ikinci tura qalmışdı. Qeyd edək ki, ölkə daxilində və xaricdə 61 milyon 452 mindən çox İran vətəndaşı səsvermə hüququna malikdir. Seçki prosesinin birinci turunda olduğu kimi, bu dəfə İranda yaşayan vətəndaşlar 58 640 seçki məntəqəsində, ölkədən kənarda olanlar isə 344 seçki məntəqəsində səs vermək imkanında olublar.
İran mətbuatının yazdığına görə, cümə günü səhər səs verən İranın ali dini lideri Seyid Əli Xamenei seçki gününü insanların mühüm siyasi işdə fəal olduğu gün adlandırıb. O qeyd edib ki, İran xalqı ikinci mərhələdə bu prosesi uğurla yekunlaşdırmaq və sabah (bu gün -red) İran prezidentinə sahib olmaq üçün daha çox birləşməlidir”.
Prezident seçkiləri üçün ölkədə ən çox seçki məntəqəsinə malik olan vilayət paytaxt Tehran vilayətidir. Bu ərazi üzrə 6694 seçki məntəqəsində səs vermək imkanı yaradılıb. Bu seçki məntəqələrinin 6202-si stasionar, qalanları isə mobildir. Tehranın qubernatoru Əlirza Fəxari bildirib ki, cümə günü səhər saatlarından etibarən seçki məntəqələrinə səsvermə üçün gələn insanların sayı çox olub. Qubernator qeyd edib ki, müşahidələrə əsasən ikinci seçki prosesində əvvəlkinə nisbətən daha çox insanın iştirak etməsi güman edilir.
Şərqi Azərbaycan vilayətində isə 3166 səsvermə dairəsi fəaliyyət göstərir. Vilayətin qubernatoru səlahiyyətlərini icra edən Tarab Məhəmmədi Şərqi Azərbaycan üzrə bütün məntəqələrdə səsvermənin başladığını bildirib.
14-cü İran prezidentini seçmək üçün bu ölkənin vətəndaşları sərhəddən kənarda da səsvermə prosesində aktiv iştirak ediblər. Honq-Konq, Dubay, Türkmənistan, Kəraçi, Banqladeş, Cakarta, Banqkok, Kuala-Lumpur, Tacikistan, Seul, Hindistan və Qazaxıstan da daxil olmaqla, müxtəlif ölkə və şəhərlərdə prezident seçkilərinin ikinci mərhələsi üçün səsvermə keçirilib. İraqda isə 6 seçki məntəqəsində İran prezidentini seçmək üçün səsvermə şəraiti yaradılıb. İranın Bağdaddakı səfirliyi bildirib ki, Bağdad, Kərbəla, Nəcəf, Bəsrə, Ərbil və Süleymaniyyə şəhərlərində yerləşən seçki məntəqələrində İran vətəndaşları öz seçimini ediblər.
Birinci turda Pezeşkianı dəstəkləyən keçmiş prezident Məhəmməd Hatəmi Camaranda, islahatçı namizədin başqa bir dəstəkçisi keçmiş parlament sədri Əli Laricani isə Amolda səs verib. İlk turda üçüncü yeri tutmuş və ikinci raundda Səid Cəlilini dəstəkləyən hazırki parlament sədri Qalibaf isə Məşhəddə səs verib.
Seçki prosesinin birinci turunda Pezeşkianın qələbə qazanmasına baxmayaraq Cəlili daha şanslı namizəd sayılırdı. Düzdür, birinci turda Pezeşkian əsasən etniklərin yaşadıqları bölgələr üzrə daha çox səs qazanmışdı - keçmiş səhiyyə naziri Şərqi, Qərbi Azərbaycan vilayətləri və Ərdəbildə 75 faizdən çox, həmçinin etnik bəlucların yaşadığı Sistan və Bəlucistan, Kürdüstan, İlam, Kirmanşah əyalətlərində 60 faizdən çox səs almışdı. Zəncan, Gilan və Gülüstan əyalətlərində isə islahatçı namizədin səsi 50 faizdən çox olmuşdu. Bu dəfə isə digər 3 namizədin seçki prosesində yekdil rəylə çıxış etməsi Pezeşkianın şanslarını azaldırdı.
Qeyd edək ki, İranda səsvermə prosesi yerli vaxtla saat 08:00-da başlayır və saat 18:00-da başa çatır, lakin ölkə üzrə əyalət seçki idarələri və seçki dairələri tərəfindən səsvermə müddətinin uzadılması tələbi olduqda və Daxili İşlər Nazirinin razılığı ilə səsvermə vaxtı bu gecə gecə yarısına qalmış daha iki saat uzadılır. Xatırladaq ki, birinci turda səsvermə müddəti uzadılmışdı.
ISNA-nın məlumatına görə, son seçkiqabağı sorğu iyulun 3-də keçirilib. Cavab dərəcəsi (48 faiz), eyni zamanda, məlumatların yoxlanılması testi nəzərə alınmaqla prezident seçkilərinin ikinci turunda ictimaiyyətin iştirak səviyyəsinin çox olacağı ehtimal edilirdi.
Qeyd edək ki, seçkinin birinci mərhələsində olduğu kimi ikinci turda da seçki məntəqələrinin iş saatı bir neçə dəfə uzadılıb. Yəni seçkinin rəsmi bitmə saatından sonra da seçicilər səsvermə hüquqlarından istifadə ediblər. İran mətbuatının yazdığına görə, buna səbəb kimi çoxsaylı müraciətlərin olması göstərilib. İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib ki, səsvermə saatının uzadılması barədə çoxsaylı çağırış olub və bu səbəbdən də müvafiq qərar qəbul edilib.
MƏNSUR
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37

