Rusiya və Ukrayna üçün yeni sülh müqaviləsi planı
25.08.2023 [10:40]
Qərb Ukraynanı yarı yolda qoyacaq?
Günel ABBAS
Dünən - avqustun 24-də Rusiya-Ukrayna müharibəsinin 18-ci ayı tamamlandı. Ancaq hələ ki, bu müharibənin sonu görünmür, xüsusilə Ukrayna tərəfi çoxsaylı itkilər verməyə davam edir. Qərb isə müharibənin gedişinə müxtəlif yollarla müdaxilə etməyə cəhd edir.
Yeri gəlmişkən, ABŞ-nin nüfuzlu “Wall Street Journal” qəzeti yazıb ki, Qərb Ukrayna ilə bağlı sülh sazişləri variantları üzərində işləyir, lakin onların şərtləri nə Moskvanın, nə də Kiyevin maraqları ilə üst-üstə düşür. “Bəzi Qərb rəsmiləri müharibəni bitirmək üçün möhtəşəm anlaşma layihələri hazırlayır, lakin onlar həm Kiyevin, həm də Moskvanın hədəflərinə uyğun gəlmir”, - deyə nəşr vurğulayıb.
Qəzetdə bildirilir ki, Ukraynanın əsas məqsədi “ərazi bütövlüyünü bərpa etmək” olsa da, əsas müttəfiqlərin məhdud dəstəyi səbəbindən bu, uzaq perspektivdir. “Onlar ciddi şəkildə lüzumsuz xərclərdən ehtiyat edir və hər cür riskdən qaçmaq istəyirlər. Söhbət, məsələn, Kiyevin ABŞ və Almaniya kimi “qeyri-müəyyən” tərəfdaşlarından gedir”.
“The New York Times” isə öz mənbəyinə istinadən yazıb ki, ABŞ Müdafiə Nazirliyi qışda Ukraynanın silah ehtiyatlarını artırmağı gözləyir və hərbi əməliyyatların “sakitləşəcəyinə” ümid edir. Nəşrin məlumatına görə, ABŞ-nin müdafiə departamenti hərbi əməliyyatların intensivliyini azaltmağa ümid edərək sursat istehsalını artırmaq və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını dəstəkləmək niyyətindədir. Hərbi ekspertlərin fikrincə, Qərb Ukraynanı yarı yolda da qoya bilər.
Mütəxəssislər hesab edir ki, bu yolla Qərb Rusiya ilə bağlı Ukrayna üzərindən ikinci planını həyata keçirir. Hesab etmək olar ki, Qərb üçün bu müharibədə Ukrayna torpaqlarını işğaldan azad etməkdən daha ciddi hədəf böyük ərazisi, tükənməz enerji və digər mühüm təbii resursları olan, lakin bu qədər potensialdan düzgün istifadə edib normal cəmiyyət qura bilməyən, əvəzində əlindəki nüvə silahı ilə bütün dünyanı təhdid edən Rusiyanı çökdürməkdir.
Politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Rusiya Ukrayna müharibəsi başlayandan sonra müxtəlif müzakirələr məhz razılıqların əldə olunması sülh müqaviləsinin imzalanması, yönündədir: “Artıq belə görünür ki, müharibədən uzun müddət keçməsinə baxmayaraq hazırda bu iş davam etdirilir. Belə ki, Qərb Ukrayna ilə bağlı sülh sazişləri variantı üzərində işləyir. Lakin məlumdur ki, hazırda hər iki tərəfin də tələbləri çox maksimaldır. Məsələn, Ukrayna Krım da daxil olmaqla öz ərazi bütövlüyünü tələb edir, Rusiya isə əlbəttə ki, tutduğu torpaqlardan, verdiyi itkilərdən sonra bu ərazidən çəkilmək niyyətində deyil. Hətta yeni ərazilər haqqında da fikirlər irəli sürülür. Eyni zamanda, Rusiyanın ərazisinə kütləvi hücumlar olur, dron hücumları həyata keçirilir”.
İ.Hüseynovun sözlərinə görə, sülhü əldə etmək önəmlidir: “Çünki sonsuza qədər bu müharibə davam edə bilməz. Məsələnin mahiyyəti sülhün hansı formada olmasından, kimləri qane etməsindən, kimlərin şərtlərinin sülh müqaviləsində əks olunmasından və kimlərin buradan qazanclı çıxacağından ibarətdir. Əlbəttə ki, Qərb burada öz maraqlarını güdür. Biz ötən əsrdə baş vermiş böyük müharibələrdə də gördük ki, Amerika Birləşmiş Ştatları hər müharibədən öz istəyi naminə çıxa bilib və yaxud müharibənin yalnız sonunda müdaxilə etməklə öz məqsədlərinə çatıb. Bu önəmli bir məqamdır və düşünürəm ki, burada Qərb öz məqsədlərinə çatmaq üçün bu gün sülh prosesinə qoşulub. Burada Türkiyənin, eləcə də vaxtaşırı Çinin sülh təşəbbüsləri olub. Lakin bu məsələdə Amerika Birləşmiş Ştatlarının niyyəti və marağı bir neçə istiqamətə hədəflənib. Bu istiqamətlərdən biri Ukraynaya yardım etmək, eləcə də Rusiyaya sanksiyalar tətbiq edərək onu zəiflətmək və ən əhəmiyyətlisi Avropada möhkəmlənməkdən ibarətdir”.
Politoloq qeyd edib ki, müharibənin ən qızğın mərhələsində Ukraynanın Avropa Birliyinə üzvlüyünün təsdiq edilməsi, NATO-ya üzvlük proseduruna başlanması kimi amillər onu deməyə əsas verir ki, ABŞ başda olmaqla yaradılmış koalisiya - Avropa Birliyi, NATO və eləcə də ayrı-ayrı dövlətlər Ukraynanı sonadək dəstəkləyəcəklər: “Qərb nə qədər Rusiya ilə üz-üzə gəlməkdən çəkinsə də, Ukraynanın mövqeyi və fəal diplomatiyası Qərb dünyasının Rusiya haqqında təsəvvürlərini dəyişə bildi. Qərb başa düşdü ki, müharibə artıq onun sərhədlərində gedir və bu gün Ukraynaya dəstək göstərilməsə, sabah öz ərazilərində daha ağır müharibələrlə üzləşə bilərlər. Reallıq odur ki, müharibə bölgəsindəki real vəziyyət və bütövlükdə, dünya miqyasında bu müharibəyə qlobal yanaşma tam olaraq formalaşıb”.
Xəbər lenti
Hamısına baxHadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53

