Fransanın Ermənistana silah tədarükü...
10.10.2023 [11:56]
Sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır
Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqaza nüfuz etməyə yönəlik bütün “arzuları” puç olur. Parisin 30 illik “zəhməti” yerdə qalıb - ATƏT-in Minsk Qrupunun həmsədri kimi indiyə qədər Ermənistanın üstünlüyünün təmin edilməsi uğrunda görülən bütün işlər “suya düşdü”. 2020-ci il Vətən müharibəsindəki qalibiyyət, 2023-cü il uğurlu antiterror tədbirləri bu ölkənin regionla bağlı məkrli planlarını fiaskoya uğratdı. Bu mənada, Fransa növbəti mərhələdə regionda sülhün təhülkəsizliyin bərpasına mane olmaq fikrindədir. Bunun üçün isə rəsmi Paris yenidən “müharibə” üsuluna əl atmaq niyyətindədir. Ermənistanın Fransa tərəfindən aktiv şəkildə silahlandırılmasının başqa adı ola bilməz...
Səbəbkar Fransa olacaq...
Qeyd edək ki, bu məsələ vasitəçilərin də diqqətinə çatdırılır. Oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə zəng edib. Telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. Eyni zamanda, dövlətimizin başçısı Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırıb, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini deyib.
Paris Ermənistandan istifadə etməklə...
Fransa dərk edir ki, antiterror tədbirlərinin uğurla nəticələnməsi, xunta rejiminin çökdürülməsi Parisin regiona təsir imkanlarını əlindən alıb. Vaxtilə separatçı rejimlə “hərtərəfli əlaqələr” saxlayan, onların həm maddi şəkildə maliyyələşdirilməsində, həm də silahlandırılmasında aktiv rol alan Paris artıq oyundan kənar vəziyyətə düşüb.
Ermənistanın isə danışıqlar masasında da hər hansı bir “uğuruna” inanmayan Fransa anlayır ki, İrəvan həm siyasi, həm sosial, həm də hərbi müstəvidə dalana dirənib. İrəvanın çıxış yolu Azərbaycanla sülhə imza atmaqdır ki, bu da Fransanın regiondan “siyasi caynaqlarını” birdəfəlik çəkməsi anlamına gələcək. Təbii ki, Paris buna razı deyil və yeni mərhələdə Ermənistanın silahlandırılması da bunun qarşısının alınması, başqa sözlə Cənubi Qafqazda sülhə nail olunmaması cəhdi kimi qiymətləndirilməlidir.
Fransa İrəvanı silahlandırmaqla...
Fransanın müdafiə naziri Sebastyan Lekornyunun Ermənistanla bağlı “açıqlamaları” Parisin bütün planlarını üzə çıxarır. Özünü Avropanın “demokratiya və sülh carçısı” elan etmiş bir ölkənin Ermənistanı silahlandırması, yeni müharibəyə təhrik etməsi onların əsl kimliyini ortaya çıxarır. Lekornyu bildirir ki, Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır, Makron isə şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir: “O, (Makron - red) bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”.
Məsələnin əsl mahiyyəti fransalı nazirin öz tərəfindən etiraf olnur - Sebastyan Lekornyu deyib ki, biz ölkədə (Ermənistanda - red.) indiyədək mövcud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onarın müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”.
Lekornyu bununla ölkəsinin qanunsuz əməllərini ifşa etmiş oldu. Azərbaycanla Ermənistan arasındakı sülh prosesində vasitəçilik edən Aİ Şurası və rəsmən cənab Şarl Mişel mütləq şəkildə bunu nəzərə almalıdır - Fransanın bir tərəfdə sülh prosesində “iştirakda israr etməsi”, digər tərəfdə isə sülh bağlayacaq ölkələrin birini aktiv silahlandırması onun qeyri-səmimi davranışlarından xəbər verir. Bu isə ümumilikdə prosesə ziyan gətirir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

