Azərbaycanın mühüm töhfəsi
17.04.2024 [11:08]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sözügedən Sərəncamdan irəli gələn, cari il ərzində ətraf mühit və yaşıl inkişafla bağlı mühüm yenilik hesab edilən tədbirlərə uyğun olaraq gündəlik müəyyən olunub. Sərəncamda qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə həm milli və regional, həm də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə, eyni zamanda iqlim dəyişiklikləri ilə bağlı aparılan işlərə diqqətin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqamda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (“Conference of the Parties”) 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı dünya dövlətlərinin Azərbaycan Respublikasına, habelə ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi qiymətləndirilməlidir. Bu baxımdan, 2024-cü ilin noyabr ayının 11-dən 24-dək Bakıda keçiriləcək COP29 tədbirində iki həftə ərzində bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanın üzərində olacaq.
Qeyd edək ki, COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərinin, hökumət rəsmilərinin, alimlərin, QHT təmsilçilərinin və digər maraqlı tərəflərin toplaşacağı böyük tədbir kimi səciyyələndirmək mümkündür. Belə ki, COP-un Bakı konfransında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndələrinin iştirakı gözlənilir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, “yaşıl enerji”dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. “Yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir. “Yaşıl enerji”dən istifadə dünyada havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (BBEA) hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər. Külək və Günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım, əsasən, Qafqazda, Mərkəzi Asiyada, Şərqi və Cənub-Şərqi Avropada ehtimal edilir. BBEA-nın proqnozlarına görə, alternativ enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, sosial-iqtisadi inkişafa təkan verəcək. Qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endirilməsi nəzərdə tutulur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada baş verən ölüm hallarının 13 milyondan çoxu havanın çirklənməsi ilə bağlıdır. Bu baxımdan, “yaşıl enerji”dən istifadə həm də insanların sağlamlığı üçün əhəmiyyətlidir. “Yaşıl enerji”dən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir və enerji təhlükəsizliyinin təmin olunması üçün vacibdir. Dünyada iqlim dəyişikliyinin dağıdıcı risklərinin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün növbəti 30 il ərzində qlobal enerji sistemində dərin və ardıcıl transformasiyaların baş verəcəyi proqnozlaşdırılır.
Ekspertlər qeyd edirlər ki, “yaşıl enerji”dən istifadə enerji qiymətləri, enerji təhlükəsizliyi və iqlim böhranı ilə bağlı məsələlərin həllinə mühüm təsir göstərir. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində qəbul olunmuş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də 17 əsas hədəf müəyyənləşdirilib ki, onlardan da birini “Ucuz və təmiz enerji” təşkil edir. Bu məqsədlə əlverişli, etibarlı və müasir enerji təchizatına universal çıxışın təmin edilməsi, bərpaolunan mənbələrdən alınan enerji həcminin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Hazırda dünyanın əksər regionlarında ən ucuz elektrik növü bərpaolunan enerji mənbələrinə əsaslanan elektrik enerjisidir. Xüsusilə, “yaşıl hidrogen”dən 2030-cu ilədək geniş istifadə olunmasına mühüm diqqət yetirilir. Həmçinin qlobal enerji səmərəliliyinin ikiqat artırılması, bərpaolunan enerji texnologiyalarına çıxışın asanlaşdırılması sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, bu sahəyə dair texnologiyaların təkmilləşdirilməsi və s. nəzərdə tutulub.
Göründüyü kimi, dünyada ətraf mühitini həddindən artıq çirkləndirilməsi başda olmaqla, ekoloji problemlərin həlli, eyni zamanda iqlim dəyişikliklərinin zərərli təsirlərinin qarşısını almaq üçün beynəlxalq səviyyədə mühüm işlər görülməsi planlaşdırılır. Bu sahədə Azərbaycan tərəfindən son illərdə regional və beynəlxalq səviyyədə atılan addımlarla yanaşı, 2024-cü ildə COP29 tədbirinin Bakıda keçirilməsi ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərə mühüm töhfə hesab etmək olar.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

