Azərbaycan dünyada sülhün qorunmasına böyük töhfələr verir
02.05.2024 [14:45]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Müzəffər Ali Baş Komandanımız, ölkə başçısı cənab İlham Əliyevin iti siyasi-diplomatik zəka ilə həyata keçirdiyi siyasət sayəsində müstəqil Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Qalib Lider xalqımızın ən müqəddəs arzusunu reallığa çevirdi, 30 illik yurd həsrətimizə, Qarabağ münaqişəsinə birdəfəlik son verdi. Dünya ictimaiyyəti tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edildiyini, düşmənin vəhşi xislətini, məkrli, çirkin niyyətini açıq-aşkar gördü. Artıq düşmənin viran qoyduğu, xarabalığa çevirdiyi torpaqlar el gücü, milli birliyimiz, ölkə Başçımızın məqsədyönlü, xalqımızın xoş gününə hesablanan siyasəti sayəsində gülüstana çevrilir. Qalib ölkənin Qalib Liderinin yürütdüyü siyasət dünyaya sübut etdi ki, insan amili, ölkə vətəndaşlarının xoş güzəranı öndə gəlir. Məhz bunun üçün də paytaxt Bakıdan dünyaya, bəşəriyyətə sülhün qorunması, müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün çağırışlar ünvanlandı.
Mayın 1-də Bakıda işə başlayan müasir dünyamızın çağırışlarını əks etdirən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın 100-dən çox ölkəsindən 700 qonağın iştirakı ilə "Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət" mövzusu, “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq" məsələsi, "Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi"i, "Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət"i və digər dünyanı narahat edən mövzusular müzakirə edilir.
Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumunun açılış mərasimində çıxışı edən ölkəmizin Prezidenti cənab İlham Əliyev bildirib ki, 2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük. Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın.
Dövlət Başçımız gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın təcrübəsinin əhəmiyyətini diqqətə çəkərək bildirib ki, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Bakıda keçirilən və tarixə "Bakı Prosesi" kimi düşən qlobal platforma sübut edir ki, bəşəriyyətin xoşbəxt gələcəyi üçün mədəniyyətləraras dialoqun əhəmiyyəti böyükdür. BMT-nin ali rəhbərliyinin ən yüksək şəkildə qiymətləndirdiyi "Bakı Prosesi"nin dünya xalqlarının mənəvi-mədəni dəyərlərinin təbliğində rolu danılmazdır.
Mükəmməl siyasətinin əsasını humanizm prinsipləri təşkil edən ölkəmizdə reallaşan "Bakı Prosesi" çərçivəsində indiyə qədər Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilib. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən "Bakı Prosesi" Azərbaycanın mədəni dəyərlərinin, ölkəmizin tarixən malik olduğu tolerantlıq ənənələrinin təbliği baxımından son dərəcə mühüm önəm daşıyır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu platformanın mühüm tərkib hissəsi kimi Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin bütün dünyada təbliği baxımından çox yaxşı bir imkandır.
Azərbaycan indi dünya üçün həm də mədəniyyətlər arasında dialoqun uğurlu bir modelidir. “Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik.” – deyə bildirən ölkə Prezidentimiz cənab İlham Əliyev onu da qeyd edib ki, əvvəlki sədrliyimiz zamanı olduğu kimi körpülər salmağa çalışacağıq.
Qalib Liderimizin həyata keçirdiyi məqsədyönlü siyasəti sayəsində ölkəmizin sivilizasiyalararası dialoqda fəal və hərtərəfli iştirakını daha da genişləndirir. Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində qazandığı nailiyyətlər bəşəriyyət, dünya xalqları tərəfindən razılıqla qarşılanır və uğurla tətbiq edilir.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18

