Slovakiya və Azərbaycan demokratik dəyərlərlə qurulmuş siyasətlə idarə olunur
10.05.2024 [11:18]
Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfəri iki ölkənin tarixində çox əlamətdar bir hadisədir. Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb. Bu əlaqələrin çox gözəl gələcəyi var.
Azərbaycan və Slovakiya arasında iqtisadi münasibətlər energetika, ticarət, texnologiya və turizm kimi sahələrdə genişlənməkdədir. Energetika sahəsində iki ölkə arasında əməkdaşlığın səmərəliliyi diqqət çəkir. Azərbaycanın zəngin neft və qaz ehtiyatları, Slovakiya üçün əhəmiyyətli bir sahədir. Bu, enerji ticarəti, boru kəmərlərinin qurulması və enerji infrastrukturunun inkişafı kimi layihələrə imkan yaradır.
Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, çox ciddi siyasi sənəddir və iki dövlət arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Slovakiya Azərbaycanın Avropa İttifaqına daxil olan və ikitərəfli strateji tərəfdaşlığa dair əməkdaşlığı olan 9 ölkədən biridir.
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və bu müştərək yol çox uğurlu olacaq. Birgə Bəyannamə siyasi əlaqələrin yüksək səviyyədə olmasını bir daha təsdiqləyir. Səfər çərçivəsində energetika sektorundakı əməkdaşlıq geniş müzakirə edilib. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qaz ixrac edir və böyük ehtimal ki, 9-cu ölkə Slovakiya olacaq. Ötən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb.
Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Dövlətimizin planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanır.
Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur. O yataqlarda istismar artıq başlayıb. Təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması Azərbaycana qaza qənaət etmək imkanı yaradacaqdır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməyi planlaşdırır. İstehsal olunacaq enerjinin 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı da hədəfləyir.
Səfər zamanı həmçinin ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirilib. Slovakiya-Azərbaycan biznes forumu keçirilib, onlarla slovakiyalı iş adamı ölkəmizdə olub. Bir çox sərmayə layihələri də müzakirə edilib, hər iki tərəfdən bu layihələrə, necə deyərlər, yaşıl işıq yandırılıb.
Əməkdaşlığın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək.
Bir sözlə, səfər zamanı müzakirə edilmiş gündəlik kifayət qədər geniş olub. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

