“Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib
27.05.2024 [16:45]
27 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı və 41 saylı Ərazi Partiya təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, ərazi partiya təşkilatı sədləri,şəhid ailə üzvüləri,müharibə veteranları,döyüşçülər,məktəb rəhbərləri və kollektivlər, YAP fəalları, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər.
İlk öncə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, Cümhuriyyət qurucularının və Azərbaycan Respublikasının suverenliyi və ərazi bötüvlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov ilk olaraq tədbir iştirakçılarını “28 May Müstəqillik Günü” münasibətilə təbrik edərək bildirmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Azərbaycan Demokratik Respublikasınin varisi kimi Azərbaycan, 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdi və Azərbaycan yenidən vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ölkənin çətin dönəmində xalqın gücünə arxalanaraq məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından çıxardı və stabilliyi təmin etməklə, Azərbaycan inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladı.
Bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimizin qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin güclənməsinin göstəricisidir.
Çıxış edən Laçın rayon Müseyib Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru və 41 saylı ərazi partiya təşkilatının sədri Nuridə Əhmədova Vətən müharibəsi iştirakçıları Süpay Məmmədov, İqbal Səfərov və digər çıxışçılar qeyd etdilər ki, 28 May – Azərbaycanın Respublikasının Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasında xalqın çağrışı ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gəlməsi ilə çiçəklənmə dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, “Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cumhuriyyətinə borcluyuq”. Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici və daxili siyasət, eləcə də, 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı azad olunması, postmüharibə dövrünün reallıqlarının müxtəlif beynəlxalq platformalarda qəbul edilməsi Müstəqilliyimizin əbədidir, daimidir, dönməzdir amalını gücləndirir.
ictimai-siyasi həyatında fərqlənən partiya veteranlarına və fəallarına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunanlara vəsiqələri təqdim edilmişdir. Sonda məktəblilər ədəbi- bədii kompozisiya nümayiş etdiriblər.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşdı.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

