15 İyun - Dövlətçiliyimizin xilas günü
13.06.2024 [12:05]
YAP Kəlbəcər rayon təşkilatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun Gəncə şəhərində fəaliyyət göstərən 1 saylı tam orta məktəbində 12 İyun 2024-cü il tarixində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş 15 İyun - Dövlətçiliyimizin xilas günü adlı tədbiri keçirmişdir.
Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki,
Şanlı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürur, iftixar mənbəyidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl xilas, qurtuluş tarixidir.
Bəli, 1993-cü ildən bugünədək Azərbaycan böyük inkişaf yolu keçib. Bütün uğurlarımızın əsasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bugününə və gələcəyinə xidmət edən düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının həyatında da yeni bir mərhələnin əsasını qoydu. Vətəninə, xalqına bağlılığını atdığı addımları ilə təsdiqləyən Ümummilli Liderin xidmətləri sırasında 2003-cü ildə xalqa tarixi müraciəti daim xüsusi vurğulanır. Son 20 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dünyaya Günəş kimi doğan Azərbaycanı qalibiyyətə qovuşdurdu. Hazırda işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımız dalğalanır. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qalib ölkə kimi görmək idi.Beləliklə, 1993-cü ilin 15 iyunundan başlanan qurtuluş tarixi həm də müasir, güclü və müstəqil Azərbaycanın carçısı oldu.
Məktəbin direktoru Nazim Qafarov, Ofelya İsmayılova, Mamed Qarayev, Şaiq İsmayılov, Fənarə Sadıqova çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan xaos, anarxiya və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. 1993-cü ilin iyunundan, yəni Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq qazanılan dövlət müstəqilliyi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf siyasətinin fonunda daha da möhkəmlənib.Tədbirin sonunda YAP-nın fəaliyyətində yaxından iştirak edən və tədrisdə fərqlənən bir qrup müəllimə YAP Kəlbəcər rayon təşkilatının Fəxri Fərmanları təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

