Qüdrətli və rəşadətli Azərbaycan Ordusu!
24.06.2024 [10:41]
Bu il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. 44 günlük vətən müharibəsi nəticəsində 30 illik erməni işğalına son qoyuldu, yenilməz ordumuz qüdrətli və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarını torpaqlarımızdan qovub çıxarmaqla bütöv və müstəqil Azərbaycanın sərhədlərini bərpa etdilər. Bu möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Hər kəsə məlumdur ki, Silahlı Qüvvələr hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biridir. Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində milli hərbi kadrların yetişdirilməsi üçün apardığı böyük işlər, eyni zamanda Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycanın silahlı qüvvələrinə göstərdiyi diqqət və qayğı bu günkü zəfərlərimizin ana xəttini təşkil edir. Çünki Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində sovetlər zamanı Bakıda milli kadrlar hazırlayan hərbi məktəbin yaradılması, eyni zamanda Azərbaycandan olan gənclərin təhsil almaq üçün keçmiş SSRİ-nin ən müxtəlif ali hərbi məktəblərinə göndərilməsi sonrakı illərdə müstəqil Azərbaycan Ordusunun formalaşması üçün mühüm baza oldu.
O zaman Ulu Öndərin təşəbbüsü ilə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Bu, sözün əsl mənasında böyük liderin bütün dəmir maniələri yarıb keçən cəsarətli addımı, öz xalqının gələcəyi üçün gördüyü tarixi addım sayılmalıdır. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi mümkün oldu.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bü gün Ümummilli Liderin ordu quruculuğu sahəsində gördüyü işlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Yuxarıda qeyd etdiyimiz kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə qəhrəmanlıq və şücaəti ilə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Dünyanın bir çox ölkəsi bu müharibədə ordumuzun istifadə etdiyi strategiya və taktikanı yüksək qiymətləndirdi. Qürur hissi ilə qeyd edə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli Orduya malikdir.
Böyük fəxrlə deyə bilərik ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, Vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir. Bütün bunlar isə haqq mübarizəsi aparan Azərbaycanın qüdrətini artırır.
Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsində öz hərbi gücünü dünyaya nümayiş etdirərək Silahlı Qüvvələrinin potensialını, nəyə qadir olduğunu göstərdi. Bəşər tarixində ilk "smart müharibə" aparan dövlət kimi dünya hərb salnaməsinə adını yazdıran Azərbaycan bu gün də silahlı qüvvələrini gücləndirir.
Müharibədən ötən müddət ərzində aparılan islahatlar və yeni silahlı birləşmələrin yaradılması, müasir silahlar və texnika ilə təchizat, ən nəhayət, hərbi təlimlər ordumuzun döyüş qabiliyyətini daha da yüksəltməkdədir.
Bəli, 26 iyun Silahlı Qüvvələr Günü hər bir Azərbaycan vətəndaşının qürurla qeyd etdiyi gözəl gündür. Bu gün biz qalib ölkə, qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın Müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16

