İmişli rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib
01.07.2024 [15:24]
İmişli rayon Ağsaqqallar Şurasının akt zalında baş tutan iclasda Qaraqaşlı, Mürsəlli və Muradxanlı kəndlərinin Ağsaqqallar Şurası üzvləri ilə görüş keçirilib.
İclası giriş sözü ilə açan İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayonun ictimai, siyasi həyatında ağsaqqalların əhəmiyyətli rolundan danışıb. Qeyd edib ki, gənclərimizin dövlətə, dövlətçiliyə və xalqa sədaqət, o cümlədən milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda, sağlam təməl üzərində yetişdirilməsi işində ağsaqqallara həmişə böyük ehtiyac duyulub. Saleh Səmədov bildirib ki, işğal altındakı torpaqlarımızın azad olunmasında, böyük Qələbənin qazanılmasında yüzlərlə imişlili gənc qəhrəmanlıqlar göstərərək öz adlarını Azərbaycanın şanlı Zəfər tarixinə qızıl hərflərlə yazıblar. Bu Qələbənin əldə edilməsində ağsaqqalların da əməyi danılmazdır.
İmişli rayon Ağsaqqallar Şurasının sədr müavini Rahim Zahidov qeyd edib ki, öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini ürəkdən dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişafda olan ölkəmizin parlaq gələcəyi naminə qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər.
Digər çıxış edən ağsaqqallar hər zaman Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırıblar.
Daha sonra təşkilatı məsələlərə baxılıb. Şair Kövsər Əhədov Qaraqaşlı, Vaqif Nəsirov isə Muradxanlı kənd Ağsaqqallar Şurasının sədri seçiliblər.
Tədbirin sonunda rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayon Ağsaqqallar Şurasının sədr müavini Davud Zülfüqarovu 75 illiyi münasibətilə, həmçinin Kənd Ağsaqqallar Şurasının yeni seçilmiş sədrlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18

