Azərbaycan ŞƏT-in fəal tərəfdaşıdır
08.07.2024 [10:31]
Biri ərazisinə, digəri isə əhalisinin sayına görə dünyanın ən böyük ölkələri olan Rusiya və Çinin də üzv olduqları Şanxay Əməkdaşlıq Təşkilatı Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən 2001-ci ildə Şanxay şəhərində təsis olunub. Hazırda doqquz üzvü olan təşkilat müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirir. Azərbaycan dialoq üzrə tərəfdaş ölkə statusunda Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini dinamik şəkildə inkişaf etdirir. Diqqətəlayiq haldır ki, ölkəmiz bu təşkilata üzv dövlətlərlə həm ikitərəfli formatda, həm də digər müxtəlif beynəlxalq təsisatlar çərçivəsində münasibətlərini ən yüksək səviyyədə qurub. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev iyulun 3-ü və 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Təşkilata üzv ölkələrin Zirvə görüşündə ŞƏT-in sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak etmişdir. Dövlət başçımızın Sammit çərçivəsində keçirdiyi görüşlər və imzalanan sənədlər ŞƏT-ə üzv ölkələrin Azərbaycanla əməkdaşlığa verdikləri yüksək önəmin göstəricisi kimi qiymətləndirilməlidir. Həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin Astanada keçirdiyi görüşlər dünyanın bir çox nüfuzlu media orqanları tərəfindən geniş işıqlandırılıb.
Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, dövlətimizin başçısı ilk dəfə 2022-ci ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib. Azərbaycanın bu mötəbər tədbirə artıq ikinci dəfə dəvət alması ölkəmizin Avrasiya məkanında mövqelərinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir. Zirvə görüşündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət təşkil edir. Azərbaycan özünün coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr sayəsində Avrasiyanın ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı əldə edib. Həmçinin dövlətimizin başçısı Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətinin Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, hazırda Orta Dəhlizin rəqəmsallaşması üzərində çalışmalar aparılır. Bu da qeyd olundu ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır və bu layihənin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq bir neçə müddətdir ki, uğurla fəaliyyət göstərir.
O cümlədən cənab Prezident İlham Əliyev öz çıxışında ŞƏT-ə üzv ölkələrlə Azərbaycanın ikitərəfli formatda da uğurla əməkdaşlıq etdiyini vurğuladı. Qeyd olundu ki, son iki ildə dövlətimizin başçısı Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti də Azərbaycana üç dəfə səfər edib. Bu fakt əlbəttə ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49

