Bu gün mətbuatımız özünün sürətli inkişaf dövrünü yaşayır
22.07.2024 [10:36]
Xalqımızın həyatında qürur mənbəyinə çevrilən hadisələrdə biri də Milli Mətbuatımızın yarandığı gündür. Həmin gün dövlətimiz və xalqımız tərəfindən xüsusi təntənə ilə qeyd edilir.
Bu gün qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, 1875-ci il iyulun 22-də "Əkinçi" qəzeti ilk nömrəsinin nəşri ilə xalqımızın həyatında milli şüurun oyanmasında, özünüdərkin formalaşmasında və gerçəkləşməsində böyük rol oynayıb. Yeri gəlmişkən qeyd edək ki, “Əkinçi”nin qarşısında əsasən, mövhumata qarşı mübarizə, dini məktəblərin tənqidi, yeni dünyəvi elmlərin geniş təbliği, xalqı azadlığa çağırmaq dururdu. “Əkinçi” qəzeti həqiqi mənada Azərbaycanda milli mətbuatımızın yaranması işində, ictimai fikrin canlanmasında bütöv bir səhifə açdı. Onun yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu.
Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan milli mətbuatının inkişafında da misilsiz xidmətlər göstərib. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın tarixində də yeni mərhələ açdıBu gün ölkəmizdə milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Əkinçi” qəzetinin fəaliyyət proqramını yüksək qiymətləndirən Ümummilli Liderimiz demişdir: “Milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş prinsipləri - maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı”.
1998-ci ildə senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu da təbii olaraq, mətbuatın inkişafına ciddi təkan verdi.Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam bərqərar olub. Təsadüfi deyil ki, hazırda respublikada çoxsaylı qəzet və jurnallar nəşr olunur, İnformasiya agentliklərinin, televiziya və radioların geniş şəbəkəsi fəaliyyət göstərir, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı və davamlı islahatlar nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib.
Cəmiyyətin güzgüsü adlandırılan mətbuat dinamik inkişaf edən sahələrdən biri kimi daim yenilənməyə açıqdır. Sosial şəbəkələrin meydana çıxması, media məkanında sürətli qloballaşma prosesi və milli mətbuatımızın inkişafı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirmişdi. Bu baxımdan media haqqında yeni qanun layihəsinin hazırlanması zamanın tələbi kimi qarşıda dururdu. 2021-ci ildə Azərbaycanda “Media haqqında” Qanun qəbul edildi. 9 fəsil, 78 maddədən ibarət olan sənəd ölkədə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Xüsusi olaraq qeyd edək ki, ölkə mətbuatı həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. 2020-ci il 27 sentyabrda başlayaraq 44 gün yol alan zəfər yürüşündən, Azərbaycan Ordusunun Qələbə qazanmasını, bütün həqiqətlərin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Ölkəmizdə bu gün millilik, dünyəvilik, tərəqqipərvərlik rəmzi olan milli mətbuatımızın 148 illiyi qeyd edilir. Mətbuat gününün ölkəmizdə yüksək səviyyədə qeyd edilməsi kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna siyasi qiymət verməklə yanaşı, jurnalistlər qarşısında mühüm vəzifələr də qoyur. Bəli, müstəqil Azərbaycan bu gün dünyanı təkcə böyük iqtisadi uğurları ilə heyrətləndirmir. Ölkəmiz söz, vicdan azadlığı, dini tolerantlıq sahəsində də yaxşı nümunəyə çevrilib. Sivil, demokratik tərəqqi yolunu seçən Azərbaycan media azadlığı, media məsuliyyəti fonunda inkişaf edərək ölkəmizin tərəqqisinə öz töhfəsini verir. Əminliklə söyləyə bilərik ki, bu gün qalib, bütövləşən Azərbaycanın mətbuatı özünün sürətli inkişaf dövrünü yaşayır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

