YAP dünənin, bu günün və gələcəyin partiyasıdır
02.11.2012 [01:06]
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatında partiyanın yaradılmasının 20-ci ildönümünə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı rayon İcra Hakimiyyəti ilə birgə partiyanın yaradılmasının 20-ci ildönümünə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirib. Tədbir iştirakçıları öncə Xırdalan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına Xiyabanda Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Bayram tədbiri Mədəniyyət Sarayında davam etdirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra, tədbir iştirakçılarına Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş sənədli film təqdim olunub. Filmə baxışdan sonra, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə partiya biletləri təqdim edilib. Partiya biletlərini YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, Milli Məclisin deputatı Hadı Rəcəbli, YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev və Abşeron rayon İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə müavini İradə Gülməmmədova təqdim ediblər.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxışında qeyd edib ki, partiya siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlib: “YAP Ümummilli lider Heydər Əliyevin ideyalarını həqiqətə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 600 minə yaxın üzvü olan partiyamız geridə qoyduğumuz 20 ildə çətin, çətin olduqca da şərəfli, qüdrətli yol keçmişdir. Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan siyasi təşkilatdır. Partiyanın ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər”.
B.Əliyev, eyni zamanda, vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu gündən-günə artmaqdadır. YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub: “Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda, ümumiyyətlə, Avropada lider dövlətə çevrilmişdir”.
Milli Məclisin deputatı Hacı Rəcəbli partiyanın 20 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bir sıra uğurlara imza atdığını bildirib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə demokratik cəmiyyətin formalaşmasının əsası qoyulub: “20 il Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və dünyada tanınması ilidir. 20 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir”.
Daha sonra çıxış edənlər Nizami Xudiyev və İradə Gülməmmədova da qeyd ediblər ki, bu gün Azərbaycanın lider dövlətə bütün dünyada söz sahibinə çevrilməsi məhz Ulu öndər Heydər Əliyevin tarixi fəaliyyətinin bariz nəticəsidir. Belə ki, həmin tarixi fəaliyyətin ən vacib və ən əhəmiyyətli məqamlarından biri, təbii ki, Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.
Tədbir tanınmış incəsənət ustalarının bir-birindən maraqlı konsert çıxışları ilə başa çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51

