Azərbaycan idman tarixinin daha bir şərəfli səhifəsi yazıldı
16.08.2024 [16:56]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Dünyada həm də idman ölkəsi kimi tanınan Azərbaycan idmançılarının qazandığı uğurlar dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğının təzahürüdür. Məhz bunun üçün də hər bir sahədə olduğu kimi, Azərbaycanda idmanın tarixində də şərəfli səhifələr yazılıb, ölkəmizdə idman və olimpiya hərəkatının inkişafında böyük nailiyyətlər əldə edilib.
Azərbaycan idmançıları dəfələrlə beynəlxalq yarışların qalibləri olub, üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndiriblər.
Avqustun 14-də dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən ölkəmizdə idmanın inkişafı istiqamətində atılan addımları və uğurlu nəticələrıni bir daha diqqətə çatdırıb: Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir.
Artıq Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə, platformalarda müzəffər qalib ölkənin təmsilçiləri kimi iştirak edir, böyük uğurlara imza atırlar. Bu uğur, ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi gənclər siyasətinin göstəricisidir. Bu siyasətdən bəhrələnən Azərbaycan gəncləri idman tariximizə şanlı səhifələr yazırlar.
Təbii ki, idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbələr xalqımıza sevinc bəxş edir. Xüsusi ilə idmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan ölkə Prezidentimiz qeyd etdi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi.
Tarixi Qələbəmizi siyasi müstəvidə, beynəlxalq münasibətlər sistemində daha da möhkəmləndirən, öz milli maraqlarını layiqincə təmin edən Azərbaycan idman ölkəsi kimi öz statusunu qoruyub və daha da inkişaf etdirib. Ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan Azərbaycan idmanı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətini uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması, bu sahədə əldə etdiyi nailiyyətlər də məhz ölkə Başçısının idmanının inkişafına olan diqqət və qayğısı sayəsində əldə edilmişdir.
Dövlət Başçısı cənab İlham Əliyevin qeyd etdiyikimi, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Bəli, idmançılarımız qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. 44 gün ərzində Azərbaycanı yenidən tanıyan, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik edən dünya növbəti dəfə ölkəmizin gənc idmançılarının beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil etmələrinə, qələbələrinə şahidlik etdi. Bu da Azərbaycan idmançılarını böyük qələbələrə ruhlandırır. İdman arenasına qalib xalqın təmsilçisi kimi çıxıb bu qələbə uğrunda canını fəda etmiş şəhidlərimizi, torpaqlarımızı düşməndən təmizləmiş qəhrəmanlarımızı tərənnüm edən Azərbaycan idmançıları fəxrlə, qürurla üçrəngli bayrağımızı dalğalandırırlar.
Qitə və dünya miqyaslı turnirlərə ev sahibliyi edən, beynəlxalq idman aləmində mövqeyini möhkəmlədən, idman ölkəsi kimi özünü təsdiq edən Azərbaycan idmançıları hələ neçə-neçə bir-birindən mötəbər yarışlarda qalib gələcək, xalqımızı sevindirəclər.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43

