Göygöl rayonunda 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib
24.09.2024 [14:46]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Respublika Süni Mayalanma Mərkəzi ərazi partiya təşkilatında “Zəfər gününün başlanğıcı - 27 sentyabr” mövzusunda tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Z.Hüseynov onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız birlik nümayiş etdirərək, düşməni darmadağın ediblər: “Məhz güclü dövlət siyasəti, xalqın birliyi və hərbçilərimizin qəhrəmanlığı sayəsində Qarabağ torpaqları qısa zaman kəsiyində düşmən tapdağından azad olunub”.
Sonra məruzə ilə çıxış edən Respublika Süni Mayalanma Mərkəzi ərazi partiya təşkilatının sədri Ramin Abbasov qeyd edib ki, Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək, işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Zəfər Tariximizə qızıl hərflərlə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır, bütün dünyada qalib dövlət, məğrur xalq kimi tanınırıq. Bir daha sübut olundu ki, qüdrətli ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir”. Qeyd olunub ki, şəhid ailələrinin, əlillərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistematik tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı birlik və həmrəylik nümayiş etdirib, şəhidlərimiz igidlik salnaməsi yazıblar. Vurğulanıb ki, illər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcək. Xüsusi olaraq qeyd edilib ki, Göygöl rayonunda yaşayan şəhid ailələri, qazilər və müharibə iştirakçılarının hər birinə dövlət tərəfindən qayğı göstərilir. O da qeyd edilib ki, müqəddəs, şərəfli şəhid adı daşıyan, Vətənin müstəqilliyi, işğal altında olan torpaqların azad olunması naminə ölümü gözə alan gənclərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

