Azərbaycan qadınına verilən dəyər
06.03.2025 [19:20]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ifadə edən 8 Mart Beynəlxalq Qadınlar Günü bayramı Azərbaycanda rəsmi bayram günü kimi qeyd olunur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qadınlara hər zaman böyük diqqət və qayğı göstərmiş, dövlət qadın siyasətinə yüksək həssaslıqla yanaşmış, ölkəmizdə bu siyasətinin əsasını qoymuş, qadınlarının ictimai-siyasi və sosial həyatın bütün sahələrində irəli çəkilməsinin vacibliyini hər zaman xüsusi qeyd etmişdir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş, müdrük siyasəti nəticəsində bütün sahələrdə qadınların kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün həmin siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Məhz bu siyasətin nəticəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti bu gün hər bir Azərbaycan xanımı üçün bir nümunədir. Mehriban xanım Əliyevanın parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sayəsində gördüyü işlər əsl örnəkdir.
Milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi Azərbaycan qadınının ölkəmizin əldə etdiyi uğurlarda , nailiyyətlərdə, tarixi Qələbəmizdə xüsusi əməyi var .
Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi vətənpərvər, sağlam əqidəli gənc nəsil yetişdirməsidir. Məhz Azərbaycan qadınının yetişdirdiyi bu gənc nəsil Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ümidləri tam doğrultdu, Azərbaycanın illərdir düşmən tapdağı altınd aolan əzəli, tarixi torpaqlarını düşmən tapdağından xilas etdi, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etdi.
Ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı danılmazdır. 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar hər il Prezident cənab İlham Əliyev Azərbaycan qadınlarına təbrik ünvanlayır, ölkənin ictimai-siyasi və müxtəlif sahələrində fəallığı ilə semilən qadınlara fəxri adlar verir, orden və medallarla təltif edir. Bütün bunlar dövlət başçımızın Azərbaycan qadınına verdiyi dəyərin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20

