Azərbaycan – Şimali Makedoniya əlaqələri genişlənir
12.03.2025 [17:00]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Mart ayının 11-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova Azərbaycana rəsmi səfər edib. Qeyd etmək lazımdır ki, bu, Prezident Davkovanın ölkəmizə artıq ikinci səfəridir.
Səfər çərçivəsində iki ölkənin dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Bu görüşlər əsnasında vacib məsələlər müzakirə olunub. Ötən ilin noyabr ayında Şimali Makedoniya Prezidenti COP29-da iştirak etmək məqsədilə Azərbaycanda olmuşdur.
Dövlət başçılarının keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında belə bir məqamı xüsusi olaraq vurğuladı ki, hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişafı üçün fəal iş aparılır. Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır və bu əlaqələrin daha da inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır.
Cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, son ayların ən mühüm müsbət əlaməti iki ölkə arasında energetika sahəsində əməkdaşlığa başlanmasıdır. Azərbaycan qazı keçən ilin sonlarında artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu il artıq müntəzəm olaraq Azərbaycan bu Cənub-Şərqi Avropa ölkəsinin də bazarını təbii qazla təmin edəcək. Gələcəkdə isə Azərbaycan lazım olan həcmdə qaz təchizatını artıra bilər. Çünki ölkəmiz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlərin artıq 30 illik tarixi vardır. Belə ki, 25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına ciddi əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Bu gün xalqlarımız arasında əməkdaşlığa ehtiyac duyulan sahələrdən biri də məhz humanitar sahədir. Bu baxımdan Şimali Makedoniya Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumunda iştirakı da xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın Azərbaycana martın 11-də baş tutmuş rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçidinə güclü zəmin yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

