/ / YAP-ın Hacıqabuldan olan fəalları ilə görüşdə növbəti Prezident seçkiləri ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib
YAP-ın Hacıqabuldan olan fəalları ilə görüşdə növbəti Prezident seçkiləri ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib
23.07.2013 [10:48]
İyulun 20-də Hacıqabul rayonundakı dəmiryolçuların mədəniyyət evində Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının fəalları ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun və İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının iştirak etdikləri görüşdə bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti Prezident seçkiləri ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.
Görüşü giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov bildirib ki, öz sıralarını daim genişləndirən təşkilatda bu gün 1744-ü qadın, 1253-ü gənc olmaqla 4298 nəfər partiya üzvü birləşir. Qarşıdakı prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat verən H.Bəşirov qeyd edib ki, 58 saylı Hacıqabul- Kürdəmir seçki dairəsi üzrə seçicilərin sayının dəqiqləşdirilməsi üçün hər biri 5 nəfərdən ibarət olmaqla 37 qrup yaradılıb. Seçici siyahıları dəqiqləşdirilərək YAP mərkəzi aparatının məlumat bazasına ötürülüb. Rayon təşkilatında 21 nəfərdən ibarət seçki qərargahı yaradıldığını deyən H.Bəşirov əmin edib ki, YAP-ın Hacıqabuldan olan üzvləri prezident seçkilərində partiyanın namizədi İlham Əliyevin qələbəsi üçün bütün səy və bacarıqlarını səfərbər edəcəklər.
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov görüşdə çıxış edərək partiyanın Sədri, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il müddətində iqtisadi, siyasi, sosial və digər sferalarda əldə olunan böyük nailiyyətləri diqqətə çatdırıb. Həmin dövrdə Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində nüfuzunun daha da yüksəldiyini bildirən Ə.Əhmədov iri enerji layihələrinin gerçəkləşməsini tarixi uğur kimi səciyyələndirib.
Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə regionların inkişafına yönəlmiş irimiqyaslı layihələrin Hacıqabulu da əhatə etdiyi vurğulanıb, rayonda həyata keçirilən geniş tikinti-quruculuq və abadlıq işlərindən söhbət açılıb. İcra katibi bütün bunların yerlərdə böyük rəğbət doğurduğunu vurğulayaraq deyib ki, bu gün Azərbaycan vətəndaşı həyatından razı və məmnundursa, deməli, dövlətindən və Prezidentindən, ölkədə yürüdülən siyasətdən razıdır. Buna görə də əhalinin həyat səviyyəsinin növbəti 5 ildə daha da yüksəlməsi, inkişaf prosesinin davamlı olması üçün dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi təbiidir. Xalqımız Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə tərəfdardır və bu baxımdan öz seçimində heç bir tərəddüd etməyəcək.
İcra katibi çıxışını belə bir əminliklə tamamlayıb ki, hər bir sıravi YAP üzvünün seçkilərdə fəal iştirakı təmin olunacaq, Prezident İlham Əliyevin 10 illik uğurlu fəaliyyəti geniş təbliğ ediləcək. Bununla bağlı partiya üzvlərinə müvafiq tövsiyələr verilib.
Görüşdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək Hacıqabulun sosial-iqtisadi inkişafında Prezident İlham Əliyevin misilsiz xidmətindən söz açıb, bunu rayon sakinlərinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Dövlətimizin başçısının 10 ildə Hacıqabula 6 dəfə səfər etdiyini xatırladan Ə.Muxtarov bu səfərlərin rayonun tarixində silinməz izlər qoyduğunu, inkişafa təkan verdiyini vurğulayıb, son 10 ildə aparılan tikinti quruculuq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.
YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədri Saleh Ələsgərov, partiya fəalı Gülüstan Almazova görüşdə çıxış edərək təkçə partiya üzvlərinin deyil, Hacıqabulun bütün sakinlərinin Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini və bunun alternativsiz seçim olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

