Akademik Zərifə xanım Əliyevaya həsr olunmuş "Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib.
25.04.2025 [17:59]
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, Nəsimi rayon İcra Hakimiyyətinin və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevaya həsr olunmuş "Zərif uğurların nişanəsi” adlı tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyətinin və rayon Ağsaqqallar Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, səhiyyə işçiləri, ictimai təşkilatların nümayəndələri, idarə və müəssisə qurumlarının sədrləri, rayon gəncləri iştirak ediblər.
Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
İlk olaraq Zərifə Əliyevaya həsr olunmuş sənədli filmə baxıldı.
Çıxış edən Nəsimi rayon Ağsaqallar Şurasının sədri, “Əməkdar elm xadimi”, tibb elmləri doktoru, professor Vaqif Şadlinski qeyd edib ki, Əliyevlər ailəsinin xeyir-bərəkət simvolu olan, azərbaycanlı qadınına, analara məxsus müqəddəs duyğuları şəxsiyyətində, simasında formalaşdıran Zərifə xanım həyat yoldaşı, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insana, sözün həqiqi mənasında, əsl dost, yaxın silahdaş və mənəvi dayaq olmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tibb elmləri doktoru Asim Mollazadə nəzərə çatdırıb ki, Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.
Azərbaycan Tibb Universiteti - Daxili xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professor Rafiq Məmmədhəsənov bildirib ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, özündən sonra zəngin elmi irs, o cümlədən gözəl ailə nümunəsi qoyub gedən Zərifə xanım Əliyeva əfsanəyə çevrilərək xalqımızın qəlbində və yaddaşında yaşamaqda davam edir və milli qadın kimliyinin parlaq örnəyi olaraq tarixin silinməz silsilələrində əbədi yaşayacaq.
Tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universiteti – Oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur Zərifə xanımın yüksək insani keyfiyyəti, dərin zəkası, insanlara olan qayğısından, tibb elminə verdiyi töhfələrdən bəhs edib.
Tədbirin bədii hissəsi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin istedadlı sənətşünaslarının ifasında sona çatıb.
Xəbər lenti
Hamısına baxElm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20

