YAP nümayəndəsi Moskvada keçirilən beynəlxalq simpoziumda iştirak edib
30.04.2025 [16:37]
Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının üzvü Sevinc Hüseynova aprelin 28-də Moskva şəhərində Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyasının dəvəti əsasında “Nasizm üzərində Qələbənin əhəmiyyəti haqqında. BMT-nin yaradılmasından çıxarılan dərslər” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak edib.
Tədbirdən əvvəl iştirakçıların naməlum əsgərin məzarını ziyarəti və Tretyakov Qalereyasında Nasizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş “1418” sərgisi ilə tanışlığı təşkil olunub.
25 ölkədən olan siyasi partiyaların 80-dən artıq nümayəndəsinin iştirak etdiyi simpoziumun açılış mərasimində “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyasının sədri, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin videomüraciəti səsləndirilib, daha sonra “Yedinaya Rossiya” Partiyası Baş Şurasının katibi, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Vladimir Yakuşev, “Tarixi yaddaş” Federal Partiya Layihəsinin İctimai Şurasının sədri, Partiya Ali Şurasının Büro üzvü, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və xarici siyasi partiyaların nümayəndələrinin çıxışları olub.
YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova çıxışında dünya əhalisinin 75 faizini əhatə edən və 60 milyon nəfərdən çox insanın ölümünə səbəb olmuş bəşər tarixinin ən qanlı və dağıdıcı savaşı - İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Qələbə Günü sülh, firavanlıq və işıqlı gələcək naminə misilsiz qəhrəmanlıq və şücaət nümayiş etdirmiş bütün xalqların mərdlik, mətanət və birlik rəmzi kimi dünya tarixinə əbədi həkk olunub.
Müharibənin başlaması ilə on minlərlə azərbaycanlının könüllü olaraq cəbhəyə yollandığını deyən Sevinc Hüseynova Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə verdiyi böyük töhfələrdən bəhs edib: “Müharibəyə gedən 640 min Azərbaycan vətəndaşının 300 mini geri qayıtmayıb. Göstərdiyi qəhrəmanlığa görə 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 min əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib, onlardan 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb. Azərbaycanlı çağırışçılar və könüllülərdən təşkil olunmuş 77, 223, 336, 402 və 416-cı Milli Atıcı diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçiblər. Onlar Moskva, Leninqrad, Brest, Kiyev, Stalinqrad, Simferopol və yüzlərlə başqa yaşayış məntəqələri uğrunda rəşadətlə döyüşüblər. Soydaşlarımız Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər bir sıra Avropa ölkələrinin azad edilməsində bilavasitə iştirak etmiş, partizan hərəkatında saysız-hesabsız qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Mehdi Hüseynzadə və digərləri adlarını tarixə qızıl hərflərlə yazdırıblar”.
O, 1941-1945-ci illər müharibəsində xalqımızın arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlar haqqında da danışıb: “Müharibə illərində respublikada iqtisadiyyatın cəbhəyə xidmətə verilməsi üçün sənaye müəssisələrinin təyinatının dəyişdirilməsi istiqamətində çox böyük işlər görüldü. Qısa müddətdə Bakı döyüşən ordunun əsl arsenalına çevrildi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya yanacağının istehsalı üçün yeni texnologiya yaradıldı. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərmiş, cəbhəni və sənayeni yanacaqla təmin etmək üçün gecə-gündüz çalışmış, bunun sayəsində neft hasilatı üzrə Azərbaycan tarixində rekord göstəriciyə nail olunmuşdu. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə istehlak olunan neftin 70 faizindən çoxunu, benzinin 80 faizini, motor yağlarının 90 faizini veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub”.
Sevinc Hüseynova çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazandığı Qələbə sayəsində öz ərazilərini 30 illik işğaldan azad edib, ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa edib: “Bu, xalqımızın - onun həm keçmiş, həm də indiki nəsillərinin ədalətin qələbəsinə, onun təntənəsinə sarsılmaz inamının təcəssümüdür”.
Millət vəkili Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin “xalqımızın qızıl fondu” adlandırdığı müharibə veteranlarına böyük diqqət və qayğı ilə yanaşıldığını, Ulu Öndərin təməlini qoyduğu bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini əlavə edib.
S.Hüseynova, həmçinin Azərbaycanın müasir dövrdə neokolonializmin bütün təzahürləri ilə aktiv mübarizə apardığını xüsusi vurğulayıb.
Açılış mərasimindən sonra “BMT-də islahat: yeni çağırış və təhdidlərə cavab” mövzusunda plenar iclasla simpozium işini davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

