İran-Azərbaycan münasibətlərində yeni mərhələ
01.05.2025 [15:46]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri iki dövlətin dostluq, qardaşlıq münasibətlərinin inkişafında mühüm məqamları ilə yadda qaldı.
Ortaq tarixə, mədəniyyətə, dəyərlərə malik Azərbaycan və İran bu gün dövlətlərarası əlaqələri, coğrafi, mənəvi bağlılığı yüksək səviyyəyə qaldırmaqdadır.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən İran-Azərbaycan münasibətləri yeni geosiyasi və iqtisadi reallıqlar fonunda yaxın əməkdaşlıq şəraitinin inkişafının yeni mərhələsinə qədəm qoyur.
Məramı, məqsədi regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması olan Azərbaycan hər zaman qonşu İranla dost münasibətlərini qoruyub saxlayib. Ötən illərdə əsas müəllifi Prezident İlham Əliyev olan, Azərbaycanın təşəbbüsü ilə formalaşan 3+3 əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) İranın regional inteqrasiyada fəal iştirakını da stimullaşdırır. Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Qusar istiqamətində infrastruktur layihələri və xüsusilə Kəlalə-Ağbənd marşrutu Araz çayı üzərindən keçərək «Araz dəhlizi» anlayışını gündəmə gətirib. Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu Fars körfəzi ilə Qara dənizi birləşdirən alternativ yol kimi çıxış edir. Nəqliyyatla yanaşı, dəmiryolu infrastrukturunda da əməkdaşlıq genişlənməkdədir. Rəşt-Astara dəmiryolunun inşası ölkəmizin bu istiqamətdə yenilənməsi region ölkələri arasında iqtisadi və logistik bağlılığı gücləndirir.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın böyük heyətlə ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində mühüm sənədlərin imzalanması bir daha təsdiq edir ki, dövlətlərarası münasibətlər möhkəm təməl üzərində inkişaf edir.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatlarla çıxışı zamanı ölkəmizin Prezidenti İlham Əliyev xüsusi ilə Azərbayca-İran dostluğuna, qardaşlığına toxunaraq, bildirib ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk dəfə rəsmi səfəri, ölkə rəhbərlərinin imzaladıqları Birgə Bəyanat, hər iki ölkənin xarici işlər nazirlikləri arasında imzalanan 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı, habelə nəqliyyat sahəsində hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı Anlaşma Memorandumu ikitərəfli münasibətlərin möhkəmləndirilməsində, regional əməkdaşlığın genişləndirilməsində, eyni zamanda İran-Azərbaycan dostluğunda yeni mərhələnin başlandığının nümayişi oldu.
Xəbər lenti
Hamısına baxİdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19

