Azərbaycanın enerji sahəsində qazandığı uğur diplomatik uğurdur
04.06.2025 [20:49]
Enerji təhlükəsizliyinin təmin olunması sahəsində atılan addımlar,neft və qaz sektoruna maraq,alternativ enerji resursları ilə bağlı yeni layihələrin hazırlanması məsələləri müasir dünyada diqqət mərkəzində qalmaqda davam edir.Bu baxımdan ölkəmizdə son illərdə keçirilən beynəlxalq tədbirlər,sərgilər,layihələr öz aktuallığını qorumaqla yanaşı bu sahəyə marağın artırılmasında xüsusi əhəmiyyət daşıyır. 2 iyun 2025 ci il tarixində Bakı Ekspo Mərkəzində öz işinə başlayan və 4 iyunadək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu “Baku Energy Forum” artıq ikinci gündür ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yalnız enerji sahəsində əldə edilən nailiyyətlərə nəzər salmaqla kifayətlənməyib, həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyində və yaşıl keçid prosesində oynadığı strateji rolu dərin siyasi və iqtisadi baxış bucağından şərh edib.
Qeyd etmək lazımdır ki, 1994-cü ildə təşkil edilən ilk Xəzər Neft və Qaz Sərgisində Azərbaycanın enerji strategiyasının təməli qoyulmuşdur. Həmin ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” yalnız neft sahəsində kommersiya razılaşması deyil, həm də Azərbaycan dövlətçiliyinin suverenlik yolundakı dönüş nöqtəsi olmuşdur. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində olmuşdur.
Möhtərəm Prezidentimiz çıxışında Azərbaycanın beynəlxalq enerji xəritəsindəki yerini təsvir edərkən sadəcə fiziki resurslara deyil, həm də ölkənin geosiyasi rıçaqlarına toxundu. Ölkəmizin açıq dənizlərə çıxışının olmamasına baxmayaraq, uzaq Avropaya qədər uzanan Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrə liderliklik etməsi qlobal enerji təhlükəsizliyində Azərbaycanın strateji rolunu sübut edir.
Xəzər dənizindən Aralıq dənizi sahillərinə qədər gedib çatan 3500 km-lik infrastruktur xətti, Avroasiyanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı həm də siyasət və diplomatiya yoludur Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Power” sərgisinin keçirilməsi bu strategiyanın bariz nümunəsidir.Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji ixracı coğrafiyasının genişləndirilməsi istiqamətində atdığı addımlardan və bu sahədə aparılan danışıqlardan da bəhs etdi. Bu, Azərbaycanın artıq yalnız regional deyil, həm də, qlobal enerji təchizatı zəncirində əsas oyunçuya çevrildiyini sübut edir.Burada diqqətçəkən əsas məqam, Cənab Prezidentin balanslı əməkdaşlıq modelinə vurğu etməsidir: istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların harmoniyası düzgün qurulmuş tərəfdaşlığın bariz göstəricisidir. Bu model, təkcə iqtisadi mənfəət deyil, həm də uzunmüddətli sabitlik və etibarlı partnyorluq deməkdir.
Azərbaycanın enerji sahəsində qazandığı uğurların yalnız iqtisadi deyil, həm də siyasi və diplomatik uğurdur. Hər bir saziş, sərmayə, ixrac müqaviləsi – Azərbaycanın suverenliyini, regional liderliyini və qlobal etimadını gücləndirən addımlardır.Bu baxımdan, Azərbaycanın enerji siyasəti hazırda regional sabitlik yaradan, tərəfdaşlığı dərinləşdirən və bəşəriyyətin enerji keçidini rasional əsaslarla dəstəkləyən bir strateji modelə çevrilib.Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi strategiya deyil, dövlətçilik fəlsəfəsidir. Bu fəlsəfə müstəqilliyin qorunması, sosial rifahın təmin edilməsi, qlobal miqyasda söz sahibi olmaq və regional sabitliyə töhfə vermək üzərində qurulub.Azərbaycan bu gün nəinki enerji ixrac edən bir ölkədir, o, enerji ilə qlobal sabitliyin və əməkdaşlığın memarlarından birinə çevrilmişdir. Enerji sahəsində başlanmış yol Möhtərəm Prezidentimizin uzaqgörən siyasəti nəticəsində Azərbaycanı nəinki iqtisadi, həm də diplomatik baxımdan yeni zirvələrə aparmaqdadır.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilanın sədri
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

