Tarixi ədalətin təntənəsi
26.09.2025 [17:24]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
2023-cü ilin 19-20 sentyabr hadisələri dövlətçilik yolunda qazanılmış böyük Qələbə kimi tarixi əhəmiyyət kəsb edir. Cəmi 23 saat 43 dəqiqə ərzində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələri tərksilah edildi, separatçı rejim süquta uğradıldı və dövlət suverenliyi tam şəkildə təmin olundu. Bu hadisə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, xalqın iradəsini və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünün böyük hissəsi təmin edilsə də, 2020-ci il 10 noyabr bəyanatına baxmayaraq, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri icra etmədi. Qarabağda qanunsuz silahlı dəstələr qalmaqda davam etdi, yeni istehkam mövqeləri quruldu, ağır texnikalar yerləşdirildi. Ermənistan istehsalı minalar gizli şəkildə bölgəyə daşındı, mütəmadi təxribatlar törədildi və Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu.
Bütün bunlarla yanaşı, separatçı rejim guya “seçkilər” keçirərək özünü legitimləşdirməyə cəhd göstərdi. Qondarma “prezident” və “parlament” elan etməklə beynəlxalq hüquqa meydan oxundu. Əslində bu addımlar Ermənistanın təxribatçı siyasətinin davamı idi və bölgədə gərginliyi daha da artırırdı. Azərbaycan dəfələrlə həm beynəlxalq təşkilatlara, həm də vasitəçilərə müraciət edərək xəbərdarlıq etmiş, sülh çağırışları etmişdi.
2023-cü il sentyabrın 19-da Əhmədbəyli–Füzuli–Şuşa yolunda baş verən mina partlayışı nəticəsində mülki şəxslərin və hərbçilərin şəhid olması artıq son hədd oldu. Bu hadisə göstərdi ki, təxribatlara son qoymağın yeganə yolu qətiyyətli hərbi tədbirlərdir. Azərbaycan Ordusu sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına start verdi. Əməliyyatın əsas məqsədi qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi, konstitusiya quruluşunun tam bərpası və mülki əhalinin təhlükəsizliyinin təmin olunması idi. Əməliyyat yüksək peşəkarlıqla həyata keçirildi, qısa müddətdə yüzlərlə döyüş texnikası, zirehli vasitələr, artilleriya qurğuları məhv edildi. Onlarla hərbi mövqe dağıdıldı və 406 kvadratkilometrlik ərazi tam nəzarət altına alındı. Qətiyyətli zərbələr separatçıların müqavimətini qırdı və onlar ağ bayraq qaldırmağa məcbur oldular.
Əməliyyat zamanı Azərbaycan Ordusu humanizm prinsiplərinə sadiqliyini bir daha sübut etdi. Mülki əhalinin təhlükəsizliyi üçün əvvəlcədən xəbərdarlıqlar edildi, yaşayış məntəqələri hədəfə alınmadı, tibbi və sosial dəstək təmin olundu. Bu, həm ordumuzun gücünü, həm də humanist dəyərlərə sadiqliyini nümayiş etdirirdi.
20 sentyabr tarixində əldə olunan razılaşmaya əsasən, erməni silahlı birləşmələri tam tərksilah edildi, bütün hərbi texnika və silah-sursat təhvil verildi. Qısa müddət sonra – sentyabrın 28-də separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma qurumun buraxılması haqqında sənəd imzaladı. Bununla da Qarabağda fəaliyyət göstərən xunta rejimi rəsmi şəkildə tarixə qovuşdu. Bundan sonra Azərbaycan hökuməti bölgədə yaşayan erməni əhalisinin reinteqrasiyası istiqamətində addımlar atdı. Yevlax şəhərində erməni icmasının nümayəndələri ilə keçirilən görüşlər birgəyaşayışın təmin olunması və sabitliyin bərqərar edilməsi istiqamətində mühüm mərhələ idi. Bu proses göstərdi ki, Azərbaycan qarşıdurmanı deyil, sülh və sabitliyi hədəfləyir.
Əməliyyatın ən mühüm nəticələrindən biri dövlət bayrağımızın Qarabağın mərkəzi şəhərlərində qaldırılması oldu. 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaldaraq dövlət suverenliyinin tam bərpasını bütün dünyaya bəyan etdi. Bu amillər yalnız hərbi zəfərin deyil, həm də milli qürurun və tarixi ədalətin təntənəsi idi.
19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı hərbi əməliyyatlardan daha çox siyasi və tarixi məna daşıyır. Bu, dövlətin milli maraqlarına sadiqliyinin, xalqın iradəsinin və ordunun gücünün birgə təcəssümü oldu. Əməliyyat həm regionda, həm də beynəlxalq müstəvidə yeni reallıqlar yaratdı. Azərbaycan bir daha sübut etdi ki, suverenliyi və dövlətçilik prinsipləri heç vaxt güzəştə gedilməyəcək. Bu tarixi zəfər ədalətin bərpası, beynəlxalq hüququn üstünlüyü və regionda sabitliyin təmin olunması baxımından əvəzsiz əhəmiyyətə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42

