Qürurumuzun və Qəhrəmanlığımızın rəmri: Füzuli Şəhəri
16.10.2025 [20:50]
Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 17 oktyabr 2020-ci il tarixidir. Həmin gün rəşadətli Azərbaycan Ordusu uzun illər işğal altında qalan Füzuli şəhərini və onun ətraf kəndlərini düşmən tapdağından azad etdi. Bu tarixi hadisə təkcə bir şəhərin azad olunması deyil, həm də Qarabağ uğrunda gedən Vətən müharibəsində mühüm bir dönüş nöqtəsi idi.
Füzuli rayonu Azərbaycanın Qarabağ bölgəsində, Araz çayı vadisində yerləşir. Zəngin tarixə, mədəniyyətə və təbiət gözəlliklərinə malik olan bu torpaq 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində şəhər tamamilə viran edilmiş, yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları və tarixi abidələr dağıdılmışdı. Minlərlə füzulili məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişdi.
2020-ci ilin sentyabr ayında başlayan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzmlə irəliləyərək Füzuli istiqamətində düşmənin möhkəmləndirilmiş müdafiə xəttini yarıb keçdi. Füzulinin azad olunması çox çətin və şərəfli döyüşlərin nəticəsi idi. 17 oktyabr tarixində Ölkə Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bu möhtəşəm qələbəni elan etdi.
Bu qələbə həm hərbi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Füzuli şəhərinin azad edilməsi Şuşaya aparan yolun açılmasına, cəbhənin gedişatının dəyişməsinə səbəb oldu. Məhz bu uğurlu əməliyyatlardan sonra Azərbaycan Ordusu Şuşa şəhərinə doğru irəliləməyə başladı və nəticədə Qarabağ münaqişəsi Azərbaycanın qəti qələbəsi ilə başa çatdı.
Füzuli şəhəri azad olunduqdan sonra burada genişmiqyaslı yenidənqurma və bərpa işlərinə start verildi. Azadlığa qovuşmuş şəhərin xarabalığından yeni həyat doğmağa başladı. Bu gün Füzuli müasir şəhər planlaşdırılması ilə fərqlənən, ağıllı infrastruktur layihələri ilə abadlaşdırılan bir məkana çevrilir. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı inşa olundu və istifadəyə verildi. Yeni yollar, körpülər, yaşayış evləri, məktəblər, xəstəxanalar tikilir. Əhalinin doğma yurdlarına qayıdışı üçün şərait yaradılır.
Hər il 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur. Bu gün dövlət səviyyəsində tədbirlər keçirilir, şəhidlərin əziz xatirəsi anılır, qəhrəmanlıq salnaməsi nəsillərə çatdırılır. Füzuli şəhəri günü həm də Azərbaycan xalqının birlik, mübarizlik və qələbə iradəsinin simvoluna çevrilib.
Bu gün Füzuli yalnız bir coğrafi məkan deyil, qürurumuzun və qəhrəmanlığımızın rəmzidir. Onun yenidən dirçəlməsi, inkişaf etməsi Azərbaycanın gücünü, dövlətin əzmini və xalqın vətən sevgisini bir daha nümayiş etdirir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

