Zəfər Gününə həsr edilmiş "Zəfər Tariximiz" adlı tədbir keçirilib
08.11.2025 [09:48]
Abşeron rayonunun Qobu Park yaşayış kompleksində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon 17 nömrəli orta məktəbin akt zalında “Konstitusiya və Suverenlik İli”nə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “ Zəfər Tariximiz” adlı tədbir keçirib.
Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşları, məktəb direktorları, YAP Ərazi Partiya təşkilatlarlnın sədrləri, Partiyanın fəalları, şəhid ailələri, qazilər, hərbiçilər, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir şagirdlərin əl işlərindən ibarət sərgi ilə başlayıb. Şagirdlərin hazırladığı əsərlər və kompozisiyalar Azərbaycanın müasir tarixindəki mühüm hadisələri, Vətən müharibəsində qazandığımız Zəfəri və xalqımızın milli-mənəvi dəyərlərini əks etdirib. Hər bir əsər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, şagirdlərin yaradıcılığı yüksək qiymətləndirilib.Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən danışıb. O, Vətən müharibəsinin Azərbaycanın tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb və bu zəfərin yalnız hərbi sahədə deyil, dövlətimizin suverenliyi və milli birliyi baxımından da əvəzsiz əhəmiyyət kəsb etdiyini qeyd edib.Fuad Bədəlov həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işlərindən,həmin ərazilərdə təhsilin inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlərdən bəhs edib.O, azad olunmuş ərazilərdə fəaliyyətə başlayan yeni məktəblər, müasir tədris mərkəzləri və digər sosial obyektlər barədə məlumat verərək, bu yeniliklərin bölgənin sosial-iqtisadi inkişafına və gənc nəsillərin yüksək səviyyədə təhsil almasına böyük töhfə verdiyini bildirib.YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs milli birliyimizin güclənməsini və Vətən müharibəsində mühüm amilə çevirilməsini şərtləndirdi.44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edib və milli qürur və birliyimizin simvoluna çevrilən böyük Zəfəri əldə edib. “Bu Zəfər Azərbaycan dövlətçiliyinin dayaqlarını daha da möhkəmləndirdi və Konstitusiyamızda təsbit olunmuş suverenlik prinsipinin real siyasi və hərbi təminatını yaratdı” – deyə o əlavə edib. Sədr həmçinin məktəblilərə müraciət edərək bildirib ki, suveren dövlətin qorunması üçün hər bir vətəndaş bilikli, məsuliyyətli və vətənpərvər olmalıdır.Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdri Fuad Bədəlova YAP Kəllbəcər rayon təşkilatı tərəfindən Fəxri Fərman təqdim edildi. Vətən müharibəsi qazisi Ayaz Qasımov və digər çıxış edənlər də Zəfər Gününün əhəmiyyətini vurğulayıb,ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.Tədbirdə iştirak edən şəhid ailələri, qazilər və hərbicilər xüsusi hörmətlə qarşılanıb,onların igidliyi və fədakarlığı yüksək qiymətləndirilib. Tədbirin birinci hissəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan Kəlbəcər rayonunun Bakı şəhərində fəaliyyət göstərən 6 məktəbi 12 nömrəli tam orta məktəbinin “Kəlbəcər”,17 nömrəli tam orta məktəbinin “Zəfər”,18 nömrəli tam orta məktəbinin “İstisu”, 20 nömrəli tam orta məktəbinin “Murov”, 21 nömrəli tam orta məktəbinin “Xarıbülbül,117 nömrəli tam orta məktəbinin “Dəmir yumruq” komandaları arasında “Zəfər tarixi” adlı bilik yarışı keçirildi. Birinci yerin qalibi Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbinin “Zəfər” komandası oldu. Qalibə diplomu və kuboku Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdri Fuad Bədəlov təqdim etdi. 2-ci yerin qalibinə 117 nömrəli Kəlbəcər rayon orta məktəbinin komandasına diplomu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov təqdim etdi. 3-cü yerin qalibinə Kəlbəcər 21 nömrəli orta məktəbin komandasına mükafatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdr müavini Əli Əliyev tədqim etdi. Kəlbəcər rayon 12, 18 və 20 nömrəli məktəblərin komandalarına diplomları ehtiyyatda olan mayor Nürəddin Aslanov təqdim etdi.Tədbir vətənpərvərlik ruhunu yüksəldən mahnılar, bədii nümunələr və şagirdlərin hazırladığı səhnəciklərlə davam edib. İştirakçılar bu kimi təşəbbüslərin gənc nəsillərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirdiyini və onların tariximizi daha dərindən öyrənməsinə xidmət etdiyini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24

