Demokratik siyasi mədəniyyətin inkişafında yeni səhifə
20.11.2025 [19:01]
Ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası böyük tarixi yol keçərək xalqın birlik simvoluna çevrilib. 1992-ci il noyabrın 21-i Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtələrindəndi.Məhz bu tarixdə növbəti mərhələlərdə davamlı inkişaf və sabitliyin rəhnini təşkil edəcək siyasi partiya-Yeni Azərbaycan Partiyası yaradılır.Yeni Azərbaycan Partiyasının yaranması XX əsrin 80-ci illərində ölkəmizdə baş verən hadisələrin yekunu,mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəmizdə siyasi qurumların formalaşması prosesi də məhz həmin ildən başladı.1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yarandı.Təəssüf ki həmin partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi böhrandan çıxara bilmədi. Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçı siyasəti Azərbaycanda hüquqi dövlət quruculuğu işinə vaxt ayırmasına əngəllər yaradırdısa, digər tərəfdən bu istəyi həyata keçirəcək təcrübəli kadr potensialı yox idi. Məhz həmin zamanda tanınmış ziyalılar, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan xilas edə biləcək yeni bir partiya yaratmaq təşəbbüsü irəli sürdülər. Bu məqsədlə xalqın müdrik oğlu Heydər Əliyev şəxsiyyəti ətrafında birləşməyə qərar verdilər. Beləliklə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana-Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olan bu sənəd xalqın arzu və istəklərinin ifadəsi idi. Müraciətdə yeni yaradıcalaq partiyaya Heydər Əliyevi rəhbərlik etməsi xahiş olunurdu.
Partiyanı yaratmaq istəyən insanlardan bir hissəsi, 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirməyə nail oldular.Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, Partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Xalqımızın dahi oğlu, Ümumilli Lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləlilə müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndərin də qeyd etdiyi kimi Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərururətdir.Yeni Azərbaycan Partiyasının yaradılması Heydər Əliyevin siyasi irsinin təcəssümü kimi həyata vəsiqə aldı.Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada davam etdirmək üçün bütün lazımi səyləri edir. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaranan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq misiyasının davamı demək idi. Bu həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə zəmin yaratmış oldu.
1993-cü il oktyabrın 3-də Yeni Azərbaycan Partiyası sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş,ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş,kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qısa zamanda inkişaf etdirdi,özünün dediyi kimi “dünənin,bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Dahi Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası möhtərəm Prezident cənab İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolunu keçərək milli siyasi iradəni təmsil edən və xalqımızın ali mənafeyini ifadə edən qüvvəyə çevrilmişdir. Bu gün də mövcud iqtidarın birliyi nəticəsində ümumilli liderin qurub yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir.
Yeni Azərbaycan Partiyasının həyatında mühüm mərhələ təşkil edən VII qurultay (5 mart 2021-ci il) partiyanın yenilənmə və modernləşmə proqramını müəyyənləşdirdi. Yeni Nizamnamənin qəbul edilməsi, 40 nəfərlik İdarə Heyətinin və 13 nəfərlik Təftiş Komissiyasının təsdiqi, Veteranlar Şurasının yaradılması partiyanın strukturunun müasir tələblərə uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bu yeniləşmə partiyanın əvvəlki uğurlarını qorumaqla yanaşı, yeni siyasi çağırışlara operativ uyğunlaşmanı təmin etdi. Partiyanın qəbul etdiyi yeni Proqram beynəlxalq tendensiyaları, regional reallıqları və Azərbaycanın milli maraqlarını nəzərə alan kompleks siyasi inkişaf konsepsiyasıdır. Həmin Proqramda siyasi dəyərlər sistemi 10 əsas strateji istiqamət üzrə müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv dialoq, sosial ədalət, multikulturalizm və demokratik ənənələr. Bu dəyərlər Azərbaycanın müasir siyasi kimliyinin ideya əsaslarını təşkil edir. Partiyadaxili münasibətlər sistemi də yenilənmiş meyarlar əsasında qurulub: peşəkarlıq, sağlam rəqabət, etik davranış, innovativlik, elmlilik və müasirlik prinsipləri YAP-ın siyasi fəlsəfəsinin mühüm tərkib hissəsidir. Bununla yanaşı, partiyanın 11 strateji hədəfi — güclü iqtisadiyyat, inklüziv cəmiyyət, şəffaflıq, vətəndaş həmrəyliyi, milli-mənəvi dəyərlərin qorunması, xarici siyasət, ordu quruculuğu və Böyük Qayıdış kimi prioritetlər — dövlət siyasəti ilə paralel şəkildə inkişaf etdirilir.
Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri partiyanın siyasi xəttinin milli maraqlar üzərində qurulduğunu göstərir. Bu prinsip YAP-ın siyasi dialoq təşəbbüslərində, ölkədə milli həmrəyliyin möhkəmləndirilməsində və yeni siyasi konfiqurasiyanın formalaşdırılmasında özünü aydın şəkildə göstərir. YAP-ın bu gün cəmiyyətdə geniş sosial dayağa malik olması, 730 mindən artıq üzvü birləşdirməsi onun Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası olduğunu təsdiqləyir. Son illərdə keçirilmiş bütün seçkilərdə partiyanın əldə etdiyi parlaq nəticələr — prezident seçkilərində, parlament və bələdiyyə seçkilərində qazanılan qələbələr — xalqın YAP-a və onun siyasi xəttinə yüksək etimadının bariz ifadəsidir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

