Perspektivli əməkdaşlıq sahələri
12.12.2025 [12:09]
Keçən il Slovakiya və Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bununla da iki ölkə arasında əlaqələr öz yüksək həddinə çatmışdır. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq bütün istiqamətlər üzrə çox fəal əməkdaşlıq əlaqələri qurulmuşdur.
Slovakiya Respublikasına rəsmi səfəri zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasındakı əlaqələrdən danışarkən qeyd etdi ki, ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.
Ölkəmizin zəngin qaz yataqları bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edilsin. Artıq Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Azərbaycan boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdədir. Mətbuata bəyanatında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda ölkəmizin ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.
Azərbaycan və Slovakiya arasında perspektivli əməkdaşlıq sahələrindən biri də müdafiə sənayesi sahəsidir. Bu sahədə bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Hər iki ölkə bu istiqamətdə konkret layihələr üzərində çalışır.
Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Bu gün ölkəmiz Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayır. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyulan sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq ölkəmiz öz imkanlarını genişləndirəcək.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sdəri
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08

