Müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya
18.12.2025 [20:27]
Ölkə Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü bu ümumi dövlət siyasətinin məntiqi davamıdır. Amnistiya aktı hüquqi humanizmin, sosial ədalətin və mərhəmət prinsipinin təcəssümü kimi çıxış edir. Bu təşəbbüs cəza siyasətinə yeni baxışın formalaşdığını, dövlətin yalnız cəzalandırıcı deyil, eyni zamanda islah edici və sosial inteqrasiyaedici funksiyanı önə çəkdiyini göstərir. Azərbaycan hüquq sistemində amnistiya institutu təsadüfi xarakter daşımır, əksinə, dərin siyasi və hüquqi ənənələrə əsaslanır.
Çox qürurveridici haldır ki, bu addım Azərbaycan dövlətinin tam suverenliyinin təmin olunduğu, konstitusion quruluşun möhkəmləndiyi bir dövrdə hüquqi və mənəvi dəyərlərin vəhdətini nümayiş etdirir. Konstitusiyanın qəbulundan keçən dövr ərzində ölkəmizdə hüquqi institutlar formalaşıb, məhkəmə-hüquq sistemi təkmilləşdirilib, insan hüquqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə olunub.
Amnistiya layihəsində nəzərdə tutulan kateqoriyalar sosial ədalət prinsipinin praktik ifadəsi kimi çıxış edir. Layihəyə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Bütün bunlar hüquqi diferensiasiyanın və fərdi yanaşmanın bariz nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bu təşəbbüs minlərlə ailənin sosial vəziyyətinə müsbət təsir göstərəcək, cəmiyyətdə humanist dəyərlərə inamı gücləndirəcəkdir. Həmin qərar, eyni zamanda hüquqa olan ictimai etimadın daha da möhkəmlənməsinə, dövlətin ədalətli və mərhəmətli idarəçilik modeli kimi qəbul edilməsinə töhfə verir. Sosial psixoloji mühitdə yaranacaq müsbət dinamika hüquqi sabitliyin davamlılığını təmin edən mühüm amilə çevrilir.
Əfv qərarları və amnistiya aktlarının uzun illər ərzində ardıcıl tətbiqi humanizmin dövlət siyasətində sistemli xarakter daşıdığını sübut edir. Müxtəlif dövrlərdə qəbul edilmiş bu qərarlar hüquqi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi kimi formalaşmış, cəmiyyətin sosial gözləntiləri ilə hüquqi mexanizmlər arasında sağlam tarazlıq yaratmışdır. Parlament təşəbbüsləri, ictimai dəstək və hüquqi əsaslandırma həmin prosesin institusional xarakterini gücləndirmiş, humanizm prinsipini hüquqi sistemin sabit komponentinə çevirmişdir.
Bu təşəbbüs cəmiyyətin hüquqi şüurunun formalaşmasına, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

