Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır
13.03.2026 [14:02]
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycanın həyata keçirdiyi müstəqil və çoxşaxəli enerji siyasəti ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşa çevirib. Prezident İlham Əliyevin 2026-cı il martın 11-də Azərbaycanda səfərdə olan Antonio Koştanın Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşdən sonra verdiyi bəyanat da bu reallığı bir daha təsdiq edir. Dövlət başçısı qeyd edib ki, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır və bu göstərici ölkəmizin Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu açıq şəkildə nümayiş etdirir.
Son illərdə Azərbaycanın enerji strategiyası yalnız milli maraqların təmin olunmasına deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verib. Bu siyasətin əsas sütunlarından biri olan Cənub Qaz Dəhlizi layihəsi Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığını yeni mərhələyə yüksəldib. Məhz bu nəhəng enerji layihəsi vasitəsilə Xəzər hövzəsinin zəngin qaz ehtiyatları Avropa bazarına çatdırılır.
Bu gün Azərbaycan qazı Avropanın bir sıra ölkələrinin enerji balansında mühüm yer tutur. Azərbaycan qazının Avropaya nəqli isə əsasən Trans-Adriatik Boru Kəməri və Trans-Anadolu Qaz Boru Kəməri vasitəsilə həyata keçirilir. Bu infrastruktur layihələri yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır və Avropanın enerji mənbələrinin şaxələndirilməsinə ciddi töhfə verir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı ildən-ilə genişlənir. Avropa ölkələrinin Azərbaycan qazına tələbatı artmaqda davam edir. Bu isə Azərbaycanın etibarlı tərəfdaş kimi qaz təchizatında sabit və məsuliyyətli siyasət yürütməsinin nəticəsidir. Azərbaycan enerji sahəsində üzərinə götürdüyü bütün öhdəlikləri daim vaxtında və tam şəkildə yerinə yetirir.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər təkcə enerji sahəsi ilə məhdudlaşmır. Son illər iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq genişlənir, xüsusilə də yaşıl enerji istiqamətində yeni layihələr gündəmə gəlir. Azərbaycanın zəngin bərpa olunan enerji potensialı Avropa ilə əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanlar yaradır.
Antonio Koştanın Azərbaycana səfəri də göstərir ki, Avropa İttifaqı ölkəmizi strateji tərəfdaş kimi qiymətləndirir. Bu səfər həm siyasi dialoqun, həm də iqtisadi və enerji əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.
Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu gün Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycandan qaz alması ölkəmizin qlobal enerji bazarında tutduğu mövqenin gücləndiyini və Avropanın enerji təhlükəsizliyində strateji rol oynadığını bir daha təsdiq edir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

