Milli Qurtuluş Günü – dövlətçilik tariximizin dönüş nöqtəsi
11.06.2026 [09:42]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir. Bu əlamətdar gün xalqımızın yaddaşında yalnız siyasi hakimiyyət dəyişikliyi kimi deyil, həm də dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edilməsi, ictimai-siyasi sabitliyin bərpası və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Milli Qurtuluş Günü müstəqilliyimizin qorunmasının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin və milli birliyin təmin olunmasının təcəssümünə çevrilmişdir.
XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycan ciddi daxili və xarici təhdidlərlə üzləşmişdi. Nəticədə xalqımız ağır sınaqlarla qarşılaşdı, torpaqlarımızın işğalı prosesi başladı, ölkədə siyasi-iqtisadi və sosial vəziyyət gərginləşdi. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsiz fəaliyyəti vəziyyəti daha da ağırlaşdırdı. Dövlət idarəetmə sistemi iflic vəziyyətinə düşmüş, iqtisadi tənəzzül dərinləşmiş, qanunsuz silahlı dəstələr özbaşınalıq törətmiş, ayrı-ayrı bölgələrdə separatçılıq meylləri güclənmişdi. Dövlət müstəqilliyi və suverenliyi real təhlükə ilə üz-üzə qalmışdı. Ölkədə anarxiya və xaos hökm sürür, vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı.
1993-cü ilin iyununda baş verən hadisələr vəziyyətin son dərəcə kritik həddə çatdığını göstərirdi. Məhz belə bir mürəkkəb və taleyüklü məqamda xalqın ümidi Ulu Öndər Heydər Əliyevə yönəldi. Cəmiyyətin bütün təbəqələri yaxşı anlayırdı ki, ölkəni düşdüyü ağır böhrandan yalnız böyük dövlətçilik təcrübəsinə malik lider çıxara bilər.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya gəldi. Bu qayıdış xalqın və dövlətin xilası naminə atılmış tarixi addım idi. Məsuliyyəti öz üzərinə götürən Ulu Öndər ilk növbədə ölkədə sabitliyin təmin olunması istiqamətində qətiyyətli tədbirlər həyata keçirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi xalqımızın tarixində yeni mərhələnin başlanğıcı oldu. Sonradan bu tarix Milli Qurtuluş Günü kimi dövlət bayramı elan edildi. Həmin gün Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin bərpası və gələcək tərəqqinin təməlinin qoyulduğu gün kimi tarixə həkk olundu.
Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, dövlət idarəetmə sistemi formalaşdırıldı. İnsanlarda dövlətə və gələcəyə inam yenidən bərpa olundu. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı, beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu müəyyənləşdirildi.
1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalandı. Həmin ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” adlanan neft sazişi iqtisadi yüksəlişin əsasını qoydu. Bununla da ölkəyə milyardlarla dollar həcmində xarici investisiyalar cəlb edildi, enerji strategiyasının uğurlu icrası təmin olundu və beynəlxalq iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açıldı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində hüquqi dövlət quruculuğu prosesi sürətləndi. İlk parlament seçkiləri keçirildi, eferendum (ümumxalq səsverməsi) yolu ilə Konstitusiya qəbul olundu, demokratik təsisatların formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, dünya birliyində mövqeləri möhkəmləndi.
Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri dövlət müstəqilliyini qoruması və dönməz xarakterə çevirməsi olub. O, yalnız mövcud böhranın qarşısını almaqla kifayətlənmədi, həm də gələcək inkişafın strateji istiqamətlərini müəyyənləşdirib. Məhz buna görə də Ümummilli Lider Heydər Əliyevin adı müstəqilliyimizin memarı və müasir dövlətimizin banisi kimi tariximizə əbədi həkk olunub.
Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə əldə olunan möhtəşəm nailiyyətlər, iqtisadi və siyasi sahələrdə qazanılan uğurlar, beynəlxalq nüfuzun yüksəlməsi həmin siyasətin uğurlu nəticələridir.
Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam təmin olunması milli dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir. Bu möhtəşəm nailiyyətlər Ulu Öndərin müəyyən etdiyi strateji xəttin təntənəsi olmaqla yanaşı, Onun ən böyük arzusunun gerçəkləşməsi deməkdir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurla icrası, azad edilmiş torpaqlarda müasir şəhər və kəndlərin salınması dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. Ölkəmizin bütün ərazilərində üçrəngli bayrağımızın qürurla dalğalanması Ulu Öndərin siyasi irsinin zəfər salnaməsidir.
Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik iradəsinin təcəssümüdür. 15 İyun tarixinin əhəmiyyəti yalnız keçmişin deyil, həm də bugünkü uğurlarımızın və gələcək hədəflərimizin əsasını təşkil etməsindədir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qorunub saxlanılan dövlət müstəqilliyi bu gün daha da möhkəmlənir, yeni uğurlara yol açır və xalqımızı daha parlaq gələcəyə doğru aparır. Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri kimi daim böyük ehtiramla qeyd olunur.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

