Əbədi müstəqilliyimizin qurtuluş fəlsəfəsi
11.06.2026 [15:03]
Hər bir xalqın tarixində onun taleyini, müqəddəratını həll edən, zaman daxilində sıradan bir təqvim günü deyil, bütöv bir millətin dirçəliş rəmzinə çevrilən dönüş nöqtələri var. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsində belə şanlı və taleyüklü tarixlərdən ən önəmlisi, şübhəsiz ki, 15 İyun – Milli Qurtuluş Günüdür. Bu böyük tarixi gün sadəcə keçmişin xilası, zamanın sınağından keçmiş bir tarix deyil, həm də bu gün fəxrlə yaşadığımız qüdrətli, bütöv və suveren Azərbaycanın sarsılmaz təməl daşıdır. Bu tarixi dərindən təhlil etmək, bizi xaosdan zəfərə aparan yolun hər bir mərhələsinə nəzər salmaq həm bir vətəndaş, həm də ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının fəalları üçün həm şərəfli bir vəzifə, həm də böyük qürur mənbəyidir.
Biz yaxşı xatırlayırıq ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etsə də, həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, daxili çəkişmələr, xaos və anarxiya gənc respublikanı uçurumun kənarına gətirmişdi. Dövlət idarəçiliyindəki iflic vəziyyəti, bir tərəfdən Ermənistanın havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal etməsinə şərait yaradır, digər tərəfdən isə ölkə daxilində baş qaldıran qardaş qırğını və vətəndaş müharibəsi təhlükəsi müstəqilliyimizin yenidən itirilməsi qorxusunu hər an real edirdi. Azərbaycan bir dövlət olaraq dünya xəritəsindən silinmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir ağır, ölüm-dirim anında xalq öz müdrik oğlunu, böyük dövlət xadimi Heydər Əliyevi təkidlə Bakıya, siyasi hakimiyyətə çağırdı. 1993-cü il iyunun 15-də Ulu Öndərin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə ölkənin taleyində tamamilə yeni bir era — Milli Qurtuluş və İnkişaf dövrü başladı. Ümummilli Liderin titanik səyləri, sarsılmaz iradəsi və uzaqgörən siyasəti sayəsində qısa müddətdə ölkədə daxili sabitlik bərqərar olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət institutları yenidən quruldu və xalqın sabahkı günə olan inamı bərpa edildi. Siyasi sabitliyin təmini ilə paralel olaraq, 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" respublikamızın qlobal iqtisadi sistemə inteqrasiyasının əsasını qoydu, müasir və nizami ordu quruculuğuna start verildi. Heydər Əliyev dühası Azərbaycanı parçalanmaqdan xilas edərək, onu dayanıqlı inkişaf yoluna çıxaran güclü bir dövlət modelinin memarı oldu.
Bu gün biz, 15 İyunun tarixi əhəmiyyətini bu günün müasir reallıqlarında daha aydın və daha parlaq şəkildə dərk edirik. Çünki Ulu Öndər tərəfindən əsası qoyulan müstəqillik, güclü dövlətçilik və milli həmrəylik xətti son 20 ildən artıq dövrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə, addım-addım davam etdirildi. Heydər Əliyev siyasi kursuna sadiqlik ölkəmizi iqtisadi cəhətdən tam müstəqil etdi, regional layihələrin mərkəzinə çevirdi və ən əsası, dünyanın ən güclü ordularından birini formalaşdırdı. Məhz bu strateji hazırlığın, daxili birliyin və milli iradənin məntiqi nəticəsidir ki, biz artıq Milli Qurtuluş Gününü sadəcə bir xilas günü kimi deyil, tamamilə fərqli bir qürurla, qalib bir xalq kimi qeyd edirik. 1993-cü ildə atılan o müdrik addımlar olmasaydı, bu gün qazandığımız möhtəşəm tarixi qələbələr də qeyri-mümkün olardı.
Milli Qurtuluş fəlsəfəsinin yetirdiyi güclü Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən Müharibəsi və ardınca həyata keçirilən lokal antiterror tədbirləri ilə torpaqlarımız otuzillik işğaldan azad edildi, respublikamızın bütün ərazilərində dövlət suverenliyimiz tam və qəti şəkildə bərpə olundu. Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Laçında və azad edilmiş digər bütün doğma torpaqlarımızda qürurla dalğalanan üçrəngli müqəddəs bayrağımız, 1993-cü ilin 15 iyununda başlayan böyük xilaskarlıq missiyasının, milli məfkurənin ən möhtəşəm, ən uca zirvəsidir. Bu zəfər, ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin dəmir iradəsinin və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıq dastanıdır.
İndi bu böyük qurtuluş və zəfər fəlsəfəsi ölkəmizi yeni bir mərhələyə nəhəng quruculuq və intibah dövrünə daşıyıb. Qarabağ və Şərqi Zəngəzur bu gün dünyanın ən müasir şəhərsalma modelinə uyğun olaraq yenidən doğulur. Dağıdılmış yurdlarımızda ucalan müasir binalar, çəkilən magistral yollar, beynəlxalq hava limanları, bərpa olunan tarixi-mədəni abidələrimiz Azərbaycanın qurucu gücünün bütün dünyaya nümayişidir. Ən əsası isə odur ki, bu gün böyük qayıdış hərəkatı ilə doğma yurduna dönən soydaşlarımızın üzündəki təbəssüm, gələcəyə dikilən parlaq baxışlar bu torpaqların əbədi sahibinə qovuşmasının ən böyük sübutudur. Milli Qurtuluş Günü bizə hər zaman xatırladır ki, bizim qələbəmiz daimidir, quruculuq missiyamız sarsılmazdır, qürurumuz isə sonsuzdur.
Gəray Zeynallı
YAP Laçın rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

