Göygöl rayonunda “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə konfrans keçirilib
12.06.2026 [22:52]
Göygöl Rayon Heydər Əliyev Mərkəzində “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” mövzusunda konfrans keçirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin və YAP Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, ziyalılar, QHT nümayəndələri və YAP fəalları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxış keçirilib.
Konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsi ilə konfrans açıq elan olunub.
Sonra 15 iyun Milli Qurtuluş Günü münasibətilə ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışına dair sənədli film nümayiş olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov giriş nitqi ilə çıxış edərək Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, 15 iyun gününün Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biri olmaqla, zaman-zaman tarixin çətin sınaqlarına məruz qalan xalqımızın xilası günü kimi daxil olduğunu vurğulayaraq, qeyd edib ki, o vaxtkı iqtidarın səriştəsizliyi ucbatından Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdığı zaman nicat yolunu Ulu Öndərdə görən müdrik xalqımızın Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsini tələb etdiyini, məhz Ümummilli Liderin rəhbərliyi altında dövlətçiliyimizin itirilməsi təhlükəsinin uğurla dəf olunduğunu, eyni zamanda böyük mənəvi sərvətlərimizdən biri olan milli birliyimizin qorunub saxlandığını bildirmiş, bu gün Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında xalqımızın daha monolit birləşdiyini diqqətə çatdırıb.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, uzun illər idarəçilik sükanı arxasında olmuş görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin təcrübəsi məhz 15 iyun günü Azərbaycan xalqının öz müstəqilliyini qorumaq istəyi ilə birləşərək dağılmaq ərəfəsində olan ölkəmizi xilas etdi. Xalqın siyasi iradəsini əks etdirən bu birliyə arxalanan Heydər Əliyevin xilaskarlıq missiyası ölkəni vətəndaş müharibəsindən, daxili hərc-mərclikdən ləyaqətlə çıxara bildi. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi olaraq, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Ökəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ölkə daxilində yaranmış sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı. Dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə əsaslanan Heydər Əliyev siyasi kursunu 2003-cü ildən etibarən inamla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin milli dövlətçilik fəlsəfəsinə istinad edir və bu gün cənab İlham Əliyevin həyata keçirdiyi çox sahəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir.
Sonra Göygöl rayon Aşıq Şəmşir adına uşaq musiqi məktəbinin direktoru Nuranə Quliyeva və digərləri çıxış edərək Azərbaycan tarixinin ən şanlı səhifəsi olan “Qurtuluş Günü”nün xalqımıza bəxş etdiyi töhfələrdən, əldə olunan yüksək nailiyyətlərdən danışıb, Müstəqil Azərbaycanın bu günü və xoşbəxt gələcəyi üçün ümümmilli lider Heydər Əliyevə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

