Güclü Ordu, Güclü Dövlət
24.06.2026 [18:46]
26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Bu əlamətdar gün xalqımızın milli qürurunu, dövlətimizin qüdrətini və müstəqilliyimizin etibarlı təminatçısı olan Azərbaycan Ordusunun şərəfli xidmətini ifadə edir. Silahlı Qüvvələr Günü hər bir Azərbaycan vətəndaşı üçün xüsusi məna daşıyır. Çünki güclü ordu dövlətçiliyin əsas sütunlarından biri, xalqın təhlükəsizliyinin və ölkənin suverenliyinin qarantıdır.
Azərbaycan Ordusunun bugünkü gücü və qüdrəti uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Müstəqilliyimizin ilk illərində ölkəmiz ciddi çətinliklərlə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğu da prioritet istiqamətlərdən birinə çevrildi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində nizami ordu formalaşdırıldı, hərbi intizam möhkəmləndirildi, peşəkar zabit kadrlarının hazırlanmasına xüsusi diqqət yetirildi. Heydər Əliyev hər zaman Azərbaycan Ordusunu dövlətimizin dayağı hesab edir və onun inkişafını strateji vəzifə kimi müəyyənləşdirirdi.
Bu gün Ümummilli Liderin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür. Ordumuz müasir silah sistemləri və texnologiyalarla təchiz edilmiş, beynəlxalq standartlara uyğun peşəkar hərbi hazırlıq sistemi formalaşdırılmışdır.
Azərbaycan əsgəri Vətənə sədaqətin, qəhrəmanlığın və fədakarlığın simvoludur. Tarixin bütün dövrlərində Azərbaycan oğulları doğma torpaqların müdafiəsində şücaət göstərmiş, Vətən uğrunda canlarından keçməkdən çəkinməmişlər. Bu qəhrəmanlıq ənənələri müasir dövrdə də davam etdirilir. Xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və yüksək döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər Azərbaycan xalqının milli birliyinin, dövlətimizin siyasi iradəsinin və əsgər-zabitlərimizin qəhrəmanlığının təntənəsi oldu. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında dalğalanan üçrəngli Azərbaycan Bayrağı xalqımızın qürur mənbəyinə çevrildi.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur. Ordumuzun əldə etdiyi uğurlar dövlətimizin beynəlxalq nüfuzunu daha da artırır, ölkəmizin təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Hər bir Azərbaycan vətəndaşı ordumuzun uğurları ilə fəxr edir və onun güclənməsinə öz töhfəsini verməyə çalışır.
Qoy Azərbaycan Ordusu daim güclü olsun, dövlətimizin müstəqilliyini və suverenliyini əbədi olaraq qorusun!
Tahirə Şükürova
YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri
Xəbər lenti
Hamısına baxMüsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45

