Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm mərhələ
06.07.2026 [15:25]
1 iyul 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha vurğulanmışdır. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr siyasi dialoqun, iqtisadi əməkdaşlığın, enerji təhlükəsizliyinin, nəqliyyat-logistika layihələrinin, yaşıl enerji gündəliyinin və regional sülh prosesinin qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini təsdiqlədi.
Cənab Prezident qeyd etmişdir ki, son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə müşahidə olunan müsbət dinamikanın bariz göstəricisidir. Bu fəallıq tərəflərin əməkdaşlığı daha da genişləndirmək, mövcud tərəfdaşlığı yeni məzmunla zənginləşdirmək əzmindən xəbər verir. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş və səmərəli fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərin payına düşməsi iqtisadi əlaqələrin miqyasını və əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşı olaraq regional iqtisadi əməkdaşlıqda mühüm rol oynayır.
Verilən bəyanatda enerji təhlükəsizliyi xüsusi yer tutdu. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun uğurlu nəticələri artıq öz bəhrəsini verir. Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb və hazırda ölkənin qaz ixracının yarısı Avropa bazarına yönəldilir. On Avropa İttifaqı üzvü Azərbaycan qazından istifadə edir və bu coğrafiyanın daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur.
Dövlət başçısı vuröulayıb ki, müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın həyata keçirdiyi uzaqgörən enerji siyasəti, inşa etdiyi müasir infrastruktur və Cənub Qaz Dəhlizi kimi qlobal layihələr Avropanın enerji təminatında ölkəmizin etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib. Ümumi uzunluğu 3500 kilometr olan boru kəmərləri sistemi bu gün Avropanın enerji xəritəsinin mühüm elementlərindən biridir.
Bəyanatda Prezident İlham Əliyev nəqliyyat və logistika sahəsində Azərbaycanın artan roluna da diqqət çəkdi. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regional daşımaların əsas mərkəzlərindən birinə çevrilib. Yeni geosiyasi reallıqlar fonunda dəniz limanlarının, dəmir yolu şəbəkəsinin və logistika infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən investisiyalar ölkənin tranzit imkanlarını daha da artırır və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir.
Görüşdə bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri də geniş müzakirə olundu. Ölkə başçısı qeyd edib ki, artıq imzalanmış müqavilələr əsasında yaxın beş-altı il ərzində Azərbaycanda səkkiz giqavat həcmində Günəş və külək enerjisi istehsal ediləcək. Bu isə Azərbaycanın yaşıl enerji sahəsində regional liderlərdən birinə çevrilmək potensialını nümayiş etdirir və Avropa İttifaqı ilə bu istiqamətdə strateji tərəfdaşlıq üçün geniş imkanlar yaradır.
Bəyanatın mühüm hissələrindən biri regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı oldu. Prezident İlham Əliyev qeyd etdi ki, ötən il Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması nəticəsində bölgədə faktiki olaraq sülh mühiti formalaşıb. Azərbaycan bu prosesi möhkəmləndirmək məqsədilə humanitar və iqtisadi xarakterli mühüm addımlar ataraq Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırıb, eyni zamanda enerji daşıyıcılarının tədarükünə başlayıb. Bu addımlar Azərbaycanın sülhə sadiqliyinin praktik ifadəsi kimi qiymətləndirilir.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan otuz illik işğala son qoyaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, bununla yanaşı, bölgədə davamlı sülhün bərqərar olması üçün təşəbbüslə çıxış edən tərəf olub. Bu gün əsas məqsəd əldə olunan nəticələri uzunmüddətli və dayanıqlı sülhə çevirməkdir. Bu istiqamətdə Avropa Komissiyasının dəstəyi yüksək qiymətləndirilir və qarşılıqlı əməkdaşlığın regionda etimadın möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcəyi vurğulanır.
Elşad Cəfərov
YAP Culfa rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25

