/ / YAP Yasamal rayon təşkilatında "14 İyul – Müasir Azərbaycanın Dövlətçilik tarixində yeri" mövzusunda gənclərlə görüş keçirilib
YAP Yasamal rayon təşkilatında "14 İyul – Müasir Azərbaycanın Dövlətçilik tarixində yeri" mövzusunda gənclərlə görüş keçirilib
09.07.2026 [17:37]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatında "14 İyul – Müasir Azərbaycanın Dövlətçilik tarixində yeri" mövzusunda gənclərlə görüş keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev görüş iştirakçılarını salamlayaraq bildirib ki, 14 iyul 1969-cu il Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olub və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkəmizin sonrakı inkişaf yolunun əsası qoyulub. O qeyd edib ki, həmin dövrdən başlayaraq Azərbaycanda güclü sənaye potensialı formalaşdırılıb, iri infrastruktur obyektləri inşa edilib, elm, təhsil və mədəniyyət sahələrində əsaslı islahatlar aparılıb və milli kadrların hazırlanmasına xüsusi diqqət yetirilib.
Natiq vurğulayıb ki, məhz o illərdə minlərlə azərbaycanlı gənc keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilib ki, bu da sonradan müstəqil Azərbaycanın idarəçilik və elmi potensialının formalaşmasında həlledici rol oynayıb. Bəxtiyar Nəbiyev daha sonra bildirib ki, 1969-1982-ci illər Azərbaycanın sonrakı taleyi üçün strateji əhəmiyyət daşıyıb, belə ki, həmin dövrdə qoyulan möhkəm iqtisadi və insan kapitalı təməli, ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ağır sınaqlardan çıxmasında mühüm dayaq rolunu oynayıb. O qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı da əslində 14 iyul ənənəsinin – sabitlik, dövlətçilik və uzaqgörən siyasət ənənəsinin – məntiqi davamı olub. Natiq həmçinin diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu da öz kökləri ilə məhz 14 iyul ideyalarına söykənir.
Çıxışının sonunda Bəxtiyar Nəbiyev gənclərə müraciət edərək tariximizi dərindən öyrənməyin, tarixi hadisələrə obyektiv yanaşmanın və Ulu Öndərin ideyalarına sadiq qalmağın vacibliyini xatırladıb, gənc nəslin bu irsin layiqli daşıyıcısı olmasının zəruriliyini vurğulayıb.
Çıxış edən Milli Məclisin deputatı, Milli Məclisin Regional məsələlər, həmçinin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru Vasif Qafarov 14 iyul hadisəsinin tarixi-siyasi əhəmiyyətindən ətraflı danışıb. O bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan həm keçmiş İttifaq məkanında, həm də beynəlxalq arenada özünəməxsus simasını formalaşdırmağa başlayıb və bu proses müstəqillik illərində daha da inkişaf etdirilib. Natiq qeyd edib ki, həmin dövrdə milli kadr siyasətinin həyata keçirilməsi, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi və milli özünüdərkin gücləndirilməsi istiqamətində atılan addımlar sonrakı onilliklərdə xalqımızın müstəqillik uğrunda mübarizəsinə mənəvi zəmin yaratdı. O çıxışında xüsusi vurğulayıb ki, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında ardıcıllıq və varislik prinsipi əsas rol oynayıb – belə ki, 1969-cu ildə qoyulan təməl, 1993-cü ildə xalqın xilaskarlıq missiyası ilə davam edib və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yeni müstəvidə inkişaf etdirilir. Vasif Qafarov elmi faktlara istinadən bildirib ki, 14 iyuldan sonrakı dövrdə Azərbaycanda formalaşan dövlət idarəçiliyi təcrübəsi, kadr hazırlığı sistemi və beynəlxalq əlaqələrin qurulması modeli, ölkəmizin bu gün regionda və dünyada nüfuzlu mövqe qazanmasının əsas şərtlərindən biri olub. O həmçinin qeyd edib ki, tarixi hadisələrin gənc nəslə düzgün, elmi-obyektiv formada çatdırılması milli kimliyin qorunmasında mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Çıxışının yekununda Vasif Qafarov gənclərə tarixi mənbələrlə tanış olmağı, tədqiqat aparmağı və milli-mənəvi dəyərlərə sadiq qalmağı tövsiyə edib.
Görüş dialoq – sual-cavab əsasında davam edib. Gənclər 14 iyul hadisələrinin tarixi kontekstdə əhəmiyyəti, müasir dövlətçilik ənənələrinin formalaşması prosesi və bu tarixin gənc nəslə çatdırılması yolları ilə bağlı suallar veriblər, çıxış edənlər isə ətraflı cavablar veriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

