/ / Azərbaycanın G20 Mayami sammitinə dəvət edilməsi ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və geostrateji çəkisinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti göstəricisidir
Azərbaycanın G20 Mayami sammitinə dəvət edilməsi ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və geostrateji çəkisinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti göstəricisidir
18.08.2026 [16:39]
Məlumdur ki, ölkəmizin xarici siyasət kursu regional sərhədləri aşaraq qlobal
miqyasda həlledici nüfuz qazanıb. Bu gün ölkəmiz yalnız Cənubi Qafqazın deyil,
Avrasiyanın vacib nəqliyyat, enerji və "yaşıl keçid" qovşağı kimi qlobal siyasi
masada aparıcı mövqeyə sahibdir. Bu nüfuzun ən bariz göstəricisi Azərbaycanın
dünyanın ən nəhəng iqtisadiyyatlarını bir araya gətirən G20 sammitinə dəvət
edilməsidir.
Yeri gəlmişkən, qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən
Prezident İlham Əliyevin cari il dekabrın 14-15-də Mayamidə keçiriləcək G20
sammitinə dəvət olunması Bakının qlobal siyasət və iqtisadiyyat xəritəsindəki
yerini köklü şəkildə dəyişən geostrateji hadisədir. Mayamidə keçiriləcək G20
sammitinə Azərbaycanın dəvət olunması, sadəcə, növbəti tədbir deyil, ölkəmizin
qlobal çəkisinin beynəlxalq səviyyədə qəbuludur. G20 sammiti dünyanın ən böyük
20 iqtisadiyyatını qərarlar qəbul etdiyi platformadır. Bakının bura dəvəti göstərir
ki, Vaşinqton və digər aparıcı paytaxtlar Azərbaycanı qlobal problemlərin həllinə
töhfə verən güc mərkəzi kimi görürlər. Həmçinin Birləşmiş Ştatların təşkilatçılığı
ilə baş tutacaq bu sammitə məhdud sayda qonaq ölkənin nümayəndəsinin dəvət
edilməsi Azərbaycanın regional çərçivədən çıxaraq qlobal miqyasda aparıcı aktora
çevrildiyini nümayiş etdirir. Ölkəmizin Böyük İyirmiliyə dəvəti təsadüfi
diplomatik jest deyil. Vətən müharibəsində ərazi bütövlüyünü və suverenliyini
bərpa edərək yeni geosiyasi reallıq yaradan Azərbaycan regiona davamlı sülh və
qarşılıqlı iqtisadi inteqrasiya modeli gətirib.
Onu da qeyd edək ki, ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin
şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması,
Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda onilliklər sürən münaqişəyə
son qoydu. ABŞ-nin də fəal dəstəklədiyi regional bağlantı layihəsi TRIPP
marşrutu üzrə (Zəngəzur dəhlizi) Azərbaycan ərazisindəki nəqliyyat
infrastrukturunun qurulması ilə bağlı işlər artıq yekunlaşmaq mərhələsindədir. Bu
marşrut "Şərq-Qərb" ticarət dövriyyəsində ölkəmizi əvəzolunmaz edir. Cari il
avqustun 8-də Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında
baş tutan telefon danışığı da bu tarixi dönüşün rəsmi təsdiqi oldu. Söhbət zamanı
Vaşinqton Zirvə görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub,
Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış
Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası
münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə
son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb. Həmçinin TRIPP layihəsinin
regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində
nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.
Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək
qiymətləndirib.
Dövlətimizin başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu,
ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib. Bu ilin əvvəlində
Azərbaycan ilə ABŞ arasında imzalanmış "Strateji Tərəfdaşlıq Xartiyası" iki ölkə
münasibətlərini keyfiyyətcə yeni yüksək səviyyəyə qaldırıb. Ağ Evin Bakını qlobal
iqtisadi platformaya dəvət etməsi bu strateji tərəfdaşlığın praqmatik müstəvidə
təzahürüdür.
Məlum olduğu kimi, ölkəmizin diplomatik uğurları illər boyu ardıcıllıqla
həyata keçirilən məqsədyönlü xarici siyasət strategiyasının məntiqi nəticəsidir.
Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasından başlayaraq, Qoşulmama Hərəkatı və
D-8 kimi nəhəng platformalara qədər uzanan yolda özünü, sadəcə, fəal iştirakçı
kimi deyil, qlobal problemlərin həllinə real töhfələr verən təşəbbüskar dövlət kimi
təsdiqləyib. Təşkilatlara uğurlu sədrlik təcrübəsi, beynəlxalq hüququn aliliyini
müdafiə edən qətiyyətli mövqe və qlobal böhranlar zamanı nümayiş etdirilən
liderlik Azərbaycanı dünya siyasətinin etibarlı tərəfdaşına çevirib. Xüsusilə Cənubi
Qafqazda formalaşan yeni geostrateji reallıqlar ölkəmizin beynəlxalq müstəvidəki
çəkisini köklü şəkildə artırıb. İşğala son qoyulması, ardınca isə Vaşinqton sülh
prosesi çərçivəsində atılan tarixi addımlar göstərdi ki, Azərbaycan regionda
təhlükəsizliyin və sabitliyin əsas təminatçısıdır. Prezident İlham Əliyevin
uzaqgörən siyasəti sayəsində Cənubi Qafqaz qarşıdurma məkanından Şərqlə Qərb,
Şimal ilə Cənub arasında mühüm iqtisadi-logistik əməkdaşlıq qovşağına
transformasiya olunub. Məhz bu regional liderlik, genişlənən nəqliyyat-enerji
infrastrukturu və sülh gündəliyinə verilən strateji töhfələr ABŞ Prezidenti Donald
Tramp tərəfindən Azərbaycanın G20 Mayami sammitinə dəvət edilməsini
şərtləndirən başlıca amillərdir. Bu mötəbər platformaya dəvət göstərir ki, Prezident
İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan müasir dünya nizamında
rolu olan, şərtləri diktə edən və sülhü təmin edən aparıcı dövlətdir.
Ən əsası, G20 sammitinə Azərbaycan Prezidentinin dəvət olunması Bakının
qlobal siyasət və iqtisadiyyat xəritəsindəki yerini göstərir. Mayami sammiti
Azərbaycan üçün təkcə iqtisadi müzakirələr meydanı deyil, həm də Vaşinqton sülh
gündəliyinin nəticələrini qlobal səviyyədə təqdim etmək və Trans-Xəzər
geoiqtisadi layihələrini birbaşa dünyanın ən böyük iqtisadiyyatlarının gündəliyinə
inteqrasiya etmək üçün unikal imkandır.
Nuranə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq
musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

