Laçın – Zəfərimizin canlı təcəssümü və gələcəyə açılan yol
24.08.2026 [18:06]
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini
26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın tarixində mühüm əhəmiyyət
daşıyan əlamətdar günlərdən biridir. Bu gün Laçının zəngin tarixi, strateji mövqeyi, işğal
dövründə üzləşdiyi faciələr və Vətən müharibəsindən sonra şəhərdə həyata keçirilən
genişmiqyaslı bərpa-quruculuq işlərinin ictimaiyyətə çatdırılması baxımından xüsusi
məna daşıyır. Laçın bu gün yalnız azad edilmiş şəhər kimi deyil, həm də Azərbaycanın
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yeni inkişaf strategiyasının mühüm
mərkəzlərindən biri kimi diqqət çəkir.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun yaşayış
məntəqələri dağıdılmış, tarixi və mədəni irsə ciddi ziyan vurulmuş, laçınlıların doğma
yurdlarından məcburi köçkün düşməsi ilə nəticələnmişdir. Uzun illər ərzində Laçının
işğal altında qalması Azərbaycan xalqının yaddaşında ağır bir faciə kimi qalmış,
rayonun azad edilməsi əsas milli məqsədlərdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə 2020-ci ildə həyata keçirilən Vətən müharibəsi Azərbaycanın ərazi
bütövlüyünün bərpasında tarixi mərhələ olmuşdur. Laçın rayonunun müəyyən hissəsinin
döyüş meydanında, Laçın şəhəri və rayonun digər ərazilərinin isə üçtərəfli Bəyanata
uyğun olaraq Azərbaycanın nəzarətinə qaytarılması tarixi ədalətin bərpasının mühüm
nəticələrindən biri olmuşdur. Bununla da uzun illər doğma torpaqlarından ayrı düşmüş
laçınlıların öz yurdlarına qayıdışı üçün real imkan yaranmışdır.
Laçının azad olunması Azərbaycanın təhlükəsizlik və geosiyasi baxımdan
mühüm strateji məqsədlərindən birinin reallaşması deməkdir. Rayonun coğrafi mövqeyi
onu həm Qarabağ, həm də Şərqi Zəngəzur regionları arasında mühüm əlaqələndirici
məkana çevirir. Bu baxımdan Laçının inkişafı yalnız rayonun sosial-iqtisadi dirçəlişi ilə
məhdudlaşmır, eyni zamanda regionda nəqliyyat-kommunikasiya əlaqələrinin
genişləndirilməsi və iqtisadi potensialın artırılması baxımından mühüm əhəmiyyət
daşıyır.
İşğaldan azad edilmiş ərazilərdə olduğu kimi, Laçında da genişmiqyaslı
quruculuq işləri həyata keçirilir. Şəhərin müasir infrastrukturu yenidən qurulur, yaşayış
binaları, fərdi evlər, sosial obyektlər və inzibati binalar inşa edilir. Eyni zamanda yolların,
mühəndis-kommunikasiya sistemlərinin və digər infrastruktur obyektlərinin yaradılması
Laçının dayanıqlı inkişafı üçün möhkəm zəmin formalaşdırır. Görülən işlərin əsas
məqsədi əhalinin rahat və təhlükəsiz yaşayışını təmin etməklə yanaşı, Laçını müasir və
abad şəhərə çevirməkdir.
Laçının yenidən canlandırılmasında Böyük Qayıdış proqramının xüsusi rolu
vardır. Doğma torpaqlarından uzun illər ayrı qalmış insanların mərhələli şəkildə öz
yurdlarına qayıtması yalnız sosial hadisə deyil, həm də tarixi ədalətin bərpasının
mühüm göstəricisidir. Laçına qayıdan ailələrin rahat yaşayışı üçün müasir məktəblərin,
tibb müəssisələrinin, sosial və mədəni obyektlərin yaradılması dövlət siyasətinin əsas
istiqamətlərindən birini təşkil edir.
Laçının yeni inkişaf dövrü iqtisadi potensialın səmərəli istifadəsi ilə də
səciyyələnir. Rayonun təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi, turizm imkanları və
kənd təsərrüfatı potensialı gələcək iqtisadi inkişaf üçün geniş perspektivlər yaradır.
Xüsusilə Laçının təbiəti və dağlıq relyefi turizmin müxtəlif istiqamətlərinin inkişafı üçün
əlverişli imkanlar təqdim edir. Bu potensialdan məqsədyönlü istifadə şəhərin və rayonun
iqtisadi həyatının canlanmasına, yeni iş yerlərinin yaradılmasına və əhalinin
məşğulluğunun artırılmasına xidmət edəcəkdir.
Bu gün Laçında aparılan bərpa və quruculuq işləri Azərbaycanın işğaldan azad
edilmiş ərazilərə münasibətdə həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir. Burada
müasir şəhərsalma prinsipləri, ekoloji yanaşmalar və dayanıqlı inkişaf meyarları nəzərə
alınır. Laçının “ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulması onun gələcəkdə
müasir texnologiyaların tətbiq olunduğu, rahat və təhlükəsiz yaşayış məkanlarından
birinə çevrilməsinə imkan verir.
26 Avqust – Laçın Şəhəri Günü həm keçmişin xatırlanması, həm də gələcəyə
inamın ifadəsidir. İşğal illərinin ağır nəticələrindən sonra bu gün Laçın sürətlə dirçələn,
insanların qayıtdığı və yeni həyatın qurulduğu məkana çevrilir. Laçının azadlığı
Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının simvolu olduğu kimi,
burada həyata keçirilən genişmiqyaslı quruculuq işləri də ölkəmizin gücünün, inkişaf
imkanlarının və Böyük Qayıdış siyasətinin əyani göstəricisidir. Laçının yeni inkişaf dövrü
onun Azərbaycanın ən gözəl, müasir və dinamik inkişaf edən şəhərlərindən birinə
çevrilməsi istiqamətində mühüm perspektivlər açır.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39

