YAP-ın VIII Qurultayından mühüm mesajlar
05.10.2026 [17:25]
Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı.VIII Qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultay olmaqla, həm ötən dövrün siyasi yekunlarına nəzər salmaq, həm də yeni mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyırdı. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı isə Azərbaycanın keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin və qarşıdakı strateji hədəflərin geniş mənzərəsini ortaya qoydu. Dövlət başçısı bildirdi ki, YAP-ın fəaliyyəti, qəbul etdiyi qərarlar və siyasi xətti yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyətinin bir daha vurğulanması oldu. Dövlət başçısı qeyd etdi ki, 8 Noyabr Azərbaycanın əbədi bayramıdır, 20 Sentyabr da eyni tarixi əhəmiyyət daşıyır. 2023-cü il sentyabrın 20-də separatizmə və işğala son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu Zəfərlər asan əldə edilməmiş, Azərbaycan illər ərzində həm siyasi, həm diplomatik, həm də hərbi müstəvidə ciddi müqavimətlə üzləşmişdir. Prezidentin sözlərinə görə, Azərbaycan xalqının vahid mövqeyi, dövlətin qətiyyətli siyasəti və ardıcıl fəaliyyəti bütün bu maneələrin aradan qaldırılmasına imkan verdi.
Qurultayda səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycanın Zəfəri yalnız hərbi nəticə deyil, həm də uzun illər aparılan ardıcıl dövlət siyasətinin nəticəsidir. Prezident İlham Əliyev bu tarixi prosesin başlanğıcını Yeni Azərbaycan Partiyasının təsis qurultayı ilə əlaqələndirdi. Onun sözlərinə görə, 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayı faktiki olaraq Azərbaycanın gələcək qələbələrinə yol açıb. Ulu Öndər Heydər Əliyevin siyasi xətti əsasında müstəqilliyin, dövlətçiliyin, iqtisadi müstəqilliyin və güclü hərbi potensialın formalaşdırılması sonrakı uğurların əsasını yaradıb. Prezident qeyd etdi ki, bu siyasi xətt 2003-cü ildən etibarən də davam etdirilib və bundan sonra da davam etdiriləcək.
Prezidentin çıxışında Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri kimi hərbi gücün artırılması xüsusi şəkildə qeyd edildi. Bu, ilk baxışdan paradoksal görünə bilər: Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Ermənistanla sülh prosesi mövcuddur, sərhədlərdə sabitlik hökm sürür. Lakin Prezidentin yanaşmasına görə, məhz dəyişkən beynəlxalq şərait hər an hazır olmağı və güclü dövlət olaraq öz təhlükəsizliyini təmin etməyi tələb edir. Dövlət başçısı bildirdi ki, Azərbaycan hər zaman elə gücə malik olmalıdır ki, heç kimin ölkəmizə qarşı təxribat törətmək fikri belə yaranmasın. Bu məqsədlə hərbi və təhlükəsizlik məsələlərinin dövlət büdcəsində prioritet olaraq qalacağı və gələn ilin büdcəsində bu istiqamətə təqribən 9 milyard manata yaxın vəsait nəzərdə tutulduğu açıqlanıb.
Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi ən sərt və diqqətçəkən mesajlardan biri Azərbaycanın özünə qarşı yönələn təzyiqlərə münasibəti ilə bağlı oldu. Dövlət başçısı vurğuladı: “Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq.” Ardınca bir zərbəyə “2, 5, 10 zərbə” qaytarılması barədə mesaj səsləndirdi. Bu fikirlərin mahiyyətində Azərbaycanın müstəqil siyasətindən geri çəkilməyəcəyi, dövlətin milli maraqlarına qarşı hər hansı təzyiq və müdaxiləyə adekvat cavab veriləcəyi mesajı dayanır. Prezident eyni zamanda bildirdi ki, Azərbaycan gücləndikcə və daha fəal, açıq müstəqil siyasət apardıqca ona qarşı təzyiqlər də arta bilər. Buna görə ölkənin həm fiziki, həm də ideoloji təhlükəsizliyinin daim diqqətdə saxlanılması vacibdir.
Prezident İlham Əliyev çıxışında müasir dövrün tələblərinə uyğun yeni ideoloji iş aparılmasının vacibliyini bildirdi. Burada əsas məqsəd Azərbaycan həqiqətlərinin hər bir vətəndaşa, xüsusilə gənclərə düzgün və müasir informasiya vasitələri ilə çatdırılmasıdır. Dövlət başçısı YAP üzvlərini bu işin mərkəzində görür və partiya fəallarının ictimai müzakirələrdə daha fəal iştirakını vacib hesab edir.
Qurultayda Azərbaycanın xarici siyasət kursuna da geniş yer ayrıldı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan heç bir düşərgəyə qoşulmur və qoşulmayacaq. Ölkəmizin müxtəlif qütblərlə münasibətlər qurması, milli maraqlarını qoruması və müstəqil siyasət aparması Azərbaycanın beynəlxalq mövqeyinin əsas xüsusiyyətlərindən biri kimi təqdim edildi. Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması, Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşlıq formatlarının genişlənməsi, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edilməsi və D-8-ə üzv olması ölkəmizin beynəlxalq əlaqələrinin çoxşaxəliliyinin nümunələri kimi göstərildi.
Çıxışın sosial-iqtisadi bölümü də diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyev gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirdi. Bununla yanaşı, iqtisadi inkişafın sürətləndirilməsi, investisiyaların cəlb edilməsi, maliyyə və iqtisadi sabitliyin qorunması qarşıdakı əsas vəzifələr sırasında göstərildi.
Qarabağ və Şərqi Zəngəzurun bərpası da qurultayda qarşıdakı prioritetlər sırasında xüsusi yer tutdu. Prezident İlham Əliyev bildirdi ki, bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşdığı qeyd edildi və “Böyük Qayıdış” prosesinin qarşıdakı illərdə daha da sürətləndiriləcəyi vurğulandı.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız ötən beş ilin hesabatının verildiyi toplantı kimi deyil, Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran əsas vəzifələrin müəyyənləşdirildiyi siyasi hadisə kimi yadda qaldı. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, qarşıdakı dövrün əsas istiqamətləri güclü dövlət və güclü ordu quruculuğunun davam etdirilməsi, təhlükəsizliyin və ideoloji dayanıqlığın möhkəmləndirilməsi, müstəqil və fəal xarici siyasətin davam etdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və Qarabağla Şərqi Zəngəzurun bərpasının başa çatdırılmasıdır. VIII Qurultayın əsas mesajlarından biri də budur ki, Azərbaycanın əldə etdiyi Zəfərlər son deyil, yeni inkişaf mərhələsinin başlanğıcıdır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

